Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 03:28

Pullar hardan gəlib-hara gedəcək? (İNFOQRAFİKA)


.

Maliyyə Nazirliyinin 2015-ci ilə nəzərdə tutudğu Dövlət Büdcəsinin layihəsinə görə büdcənin hər 10 manatından 6.5 manatı neftə bağlıdır. Neftin də qiyməti sürətlə düşür...

Nazirliyin internet saytına yerləşdirilmiş sənəddə qeyd edilir ki, gələn ilin dövlət büdcəsinin gəlirləri 19 milyard 438 milyon, xərcləri isə bundan bir qədər artıq - 21 milyard 100 milyon manat olacaq.

Maliyyə Nazirliyinin təqdim etdiyi layihə əsasında hazırladığımız infoqrafikanı təqdim edirik (qrafikanı aydın görmək üçün şəkli vur):

Hökumət gözlədiyi 19 milyard gəlirin 10 milyard manatdan çoxunu bircə ünvandan - Dövlət Neft Fondundan götürəcək. Amma büdcənin neftdən asılılığı təkcə bununla da birmir.

Vergilər Nazirliyinin toplayacağı 7 milyard manatın da əslində 2.3 milyardı neft sektorunda fəaliyyətdən ödənilməli vergilərdir.

Qısası, Azərbaycan hökuməti gələn ilin büdcəsinə vəd etdiyi 19 milyard 438 milyon manatın 12 milyard 688 milyon manatını - hər 10 manatdan 6.5 manatını birbaşa, və ya dolayı yolla neftdən alır. Neft də son aylar sürətlə ucuzlaşıb barreli 80 ABŞ dollarına yaxınlaşır. (Hökumət büdcəni nefti 90 dollardan satacağını nəzərdə tutaraq hesablayıb.)

XS
SM
MD
LG