Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 03:01

Mehriban Əliyevadan ağac kəsilməsinə reaksiya


Mehriban Əliyeva
Mehriban Əliyeva

-

SUSUN VƏ VARİSLƏRİNİZ ÜÇÜN ARQUMENT HAZIRLAYIN!

«Azadlıq» qəzeti hazırda Qənimət Zahidin məqaləsini dərc edib. Müəllif yazır ki, bir neçə aydır Azərbaycan israrla stalinizm epoxasına qayıdır. «...Hanı Azərbaycanın ziyalıları? Ölkədəki bu dibsizliyi görüb susmaq onların iddia etdiyi ziyalı adına, heçmi xələl gətirmir? Ad çəkə də bilərəm, çəkməyə də bilərəm. Zatən, hər kəs bu sualların kimlərə ünvanlandığını yaxşı bilir. Ziyalının mövcudluğu onun ölkədəki ədalətsizliklərə münasibəti ilə də yox, birmənalı şəkildə etirazı ilə bağlıdır. Bu etiraz yoxdursa, deməli, o, ziyalı deyil. Amma Azərbaycanda bir Ziyalılar Birliyi vardı. Orada toplaşanlar özlərinin siyasi birlik olmadıqlarını iddia etdiklərinə görə, həm də o təşkilat bir siyasi kampaniya ilə başlayıb bitməməli və davam etməli idi. Hanı o birlik? Hansı yaramazlıq bitirdi o Birliyin ömrünü?...»

MEHRİBAN ƏLİYEVADAN AĞACLARIN KƏSİLMƏSİNƏ REAKSİYA

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Bakının Nəsimi rayonu ərazisində nadir ağacların kəsilməsinə kəskin reaksiya verib. Heydər Əliyev Fondundan APA-ya verilən məlumata görə, avqustun 17-də kütləvi informasiya vasitələrində Nəsimi rayonu, 20 Yanvar küçəsi, 22 nömrəli evin qarşısında 16 növdə nadir ağacların budama adı altında kəsilməsi barədə informasiya gedib. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişi ilə Fondun əməkdaşları Nəsimi rayonu 20 Yanvar küçəsində ağacların kəsildiyi ərazidə olublar. Artıq qeyd olunan ünvanda ağacların kəsilməsi prosesi dayandırılıb. Dövlət nümayəndələri də ərazidə olublar. Hadisə ilə bağlı ciddi araşdırmaya başlanılıb.

NİDA-ÇININ İMTİNA ELƏDİYİ VƏKİL DANIŞDI

Həbsdə olan NİDA-çı gənc Rəşadət Axundov öz vəkilindən imtina edib. Hazırda ABŞ-da səfərdə olan vəkil Elçin Sadıqov musavat.com-a açıqlamasında NİDA-çının imtinasının bir müddət əvvəl özünün verdiyi bəyanatla bağlı olduğunu istisna etməyib və deyib ki, onun fikirlərinə hörmətlə yanaşmaq lazımdır: «Amma vəkillə müdafiə etdiyi şəxslərin şəxsiyyəti qanuna görə eyniləşdirilə bilməz. Mən heç vaxt partiyalı olmamışam. Həmişə öz müstəqilliyimi qorumuşam. Hər kəsin fərqli düşüncəsi ola bilər təbii. Biz çalışmalıyıq ki hər kəsin fikrinə hörmət edək. Mən həmişə demişəm ki, vəkilin siyasi mənsubluğu bir yana, amma vəkil çalışmalıdır heç bir işdə özünü tərəfə çevirməsin. Təbii ki bəzi işlərdə qanunsuzluqlar o həddə çatır ki, qanunsuzluqları ən kəskin ifadələrlə təkzib etmək də az olur».

Vəkil E.Sadıqov bir neçə gün öncə siyasi məhbus siyahısı müzakirə olunan zaman bildirib ki, o, həmişə prezident İlham Əliyevin siyasətini dəstəkləyib. Bu açıqlama və bəyanat ictimai və siyasi sferada birmənalı qarşılanmayıb.

ÖLKƏMİZİN SƏRHƏDLƏRİ ETIBARLI ŞƏKİLDƏ QORUNUR

18 avqust Dövlət Sərhəd Xidməti əməkdaşlarının peşə bayramıdır. Dövlət Sərhəd Xidmətinin rəisi, Sərhəd Qoşunlarının komandanı, general-polkovnik Elçin Quliyev «Azərbaycan» qəzetinə müsahibəsində deyir ki, relyefindən, iqlimindən, şəraitindən asılı olmayaraq Azərbaycanın quru və su sərhədləri bütövlükdə ciddi nəzarət altındadır və sayıqlıqla qorunur. «Sərhəd xətti boyunca çoxsaylı yeni sərhəd məntəqələrinin, sərhəd dəstələrinin, qarnizon komplekslərinin istifadəyə verilməsi, yaradılan mühəndis-texniki qurğuların, ən müasir texniki vasitələrin istismarı sərhədlərimizin mühafizəsi işinin səviyyə və etibarlılığını artırıb. Bu gün Dövlət Sərhəd Xidmətində quruculuq, inkişaf, təkmilləşdirmə, mükəmməlləşdirmə prosesləri uğurla davam edirsə, deməli sərhədlərimizin mühafizəsinin səviyyəsi də yüksələn xətlə davam etməkdədir».

Qanunsuz balıq ovuna qarşı mübarizə barədə suala cavabında Elçin Quliyev bildirib ki, 2014-cü ilin ilk 6 ayı ərzində Xəzərdə 1 milyon 478 min metr müxtəlif çeşidli balıq ovlama toru, 293 min ədəd istifadəsi qadağan olunmuş balıq ovlama qarmaqları aşkar olunaraq götürülüb.

XS
SM
MD
LG