Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:24

«Avtoritar ölkələr olimpiya oyunları üçün deyil»


Hüquq müdafiəçisi Leyla Yunus
Hüquq müdafiəçisi Leyla Yunus

-

«XX əsrdə Olimpiadanın əsas prinsipi - tolerantlıq, sülhə sadiqlik pozulmağa başladı. 1936-cı ildə artıq faşistlərin hakimiyyətə gəlişindən sonra Olimpiya oyunları Berlində keçirildi. Nasistlər sadəcə oyunlar keçirilən müddətdə Berlin küçələrindən antiyəhudi və digər irqçi şüarları yığışdırdılar. Yalnız İkinci Dünya Müharibəsindən sonra BOK-un 30-cu illərdəki siyasəti səhv kimi tanındı, BOK isə rəsmi üzürxahlıq etdi».

Bunu hüquq müdafiəçisi Leyla Yunus müəllifi olduğu, «Azadlıq» qəzetinin 25 iyul tarixli sayında dərc edilən «Avtoritar ölkələr Olimpiya oyunları üçün deyil» məqaləsində yazır:

«Ancaq heç yarım əsr də keçmədi və BOK 1980-ci ildə XXII Olimpiya Oyunlarını Moskvada keçirmək qərarını qəbul etdi. Sovet dissidentlərinin təqib edilməsi və yəhudilərin SSRİ-dən çıxmasına qoyulan məhdudiyyətə və 1979-cu ilin dekabr ayında sovet qoşunlarının Əfqanistana girməsinə etiraz əlaməti olaraq 64 ölkə Olimpiadanın Moskvada keçirilməsini boykot edib. Sovet İttifaqı Olimpiya oyunlarının əsasında dayanan sülh və tolerantlıq ideyaları üzərində qələbə qazanması ilə haqlı olaraq öyünürdü. BOK-un məhz bu ehtiyatsızlığı Qafqaz diktatoru İlham Əliyevi ilk Avropa Olimpiya Oyunlarının avtoritar Azərbaycanda keçirilməsinə ruhlandırıb».

Leyla Yunus məqaləsində yaşamaq, işgəncələrdən müdafiə hüququnun Azərbaycanda pozulduğu barədə nümunələr göstərib.

XS
SM
MD
LG