Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:55

Qaraheybət poliqonunda hərbi təlim keçirilib


Təlimlərdə 80 tankdan istifadə edilib.
Təlimlərdə 80 tankdan istifadə edilib.

-

İyunun 26-da Silahlı Qüvvələr Günü münasibətilə Qaraheybət poliqonunda Müdafiə Nazirliyi, Daxili Qoşunlar və Dövlət Sərhəd Xidmətinin operativ-taktiki təlimləri keçirilib.

Təlimlərə prezident İlham Əliyev də qatılıb.

Təlimlərdə 4 minlik şəxsi heyətdən, 80 tank, 100 hərbi piyada maşını, 80 artilleriya qurğusu, 10 hərbi təyyarə və 20 vertolyotdan istifadə edilib.

Təlimlərdən sonra İlham Əliyev hərbçilər qarşısında çıxış edərək onların bir qrupuna orden və medallar, eləcə də qiymətli hədiyyələr verib.

Xəbəri president.az saytı yayıb.

İyunun 26-da Azərbaycanda Silahlı Qüvvələr Günü qeyd olunur.

1918-ci il iyunun 26-da Azərbaycan Cümhuriyyətinin qərarı ilə nizami ordu hissəsi – Əlahiddə Azərbaycan korpusu yaradılıb. Bu da Silahlı Qüvvələrin yaradılmasına zəmin olub.

İlham Əliyev poliqonda
İlham Əliyev poliqonda

«AZƏRBAYCAN BAYRAĞI BÜTÜN İŞĞAL EDİLMİŞ ŞƏHƏRLƏRDƏ QALDIRILACAQ»

«Azərbaycan bayrağı bütün işğal edilmiş şəhərlərdə, o cümlədən Şuşada, Xankəndində qaldırılmalıdır və qaldırılacaq. Bu bizim əsas vəzifəmizdir, bu vəzifəyə biz çatacağıq. Hər gün, hər an biz bu hədəfə yaxınlaşırıq. Bugünkü təlimlər bir də onu göstərir ki, biz bir addım da bu hədəfə yaxınlaşmışıq».

Bunu prezident İlham Əliyev iyunun 26-da Silahlı Qüvvələr Günü münasibətilə Qaraheybət poliqonunda hərbçilərin qarşısında çıxışında bildirib.

İlham Əliyev deyib ki, hazırda Azərbaycan ordusu dünyanın ən güclü ordularından biridir:

İlham Əliyev
İlham Əliyev

«Son 10 ildə hərbi xərclər 20 dəfə artıb. Bu, Ermənistanın dövlət büdcəsinin təqribən 2 dəfə üstələyir».

Prezident deyib ki, 2005-ci ildən bu yana Azərbaycanda müdafiə sənayesinin əsaslı inkişaf yolu keçib. Hazırda respublikanın hərbi sənayesində 900 adda məhsul istehsal edilir.

Dağlıq Qarabağ münaqişəsi haqqında danışanda isə prezident bildirib ki, Azərbaycan bundan sonra da prinsipial mövqeyində qalacaq, işğal altında olan torpaqlar mütləq azad olunacaq.

Təlimlərə prezident İlham Əliyev də qatılıb.
Təlimlərə prezident İlham Əliyev də qatılıb.
Hərbi vertolyot
Hərbi vertolyot

XS
SM
MD
LG