Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:12

Məni də N!DA-ya yazın


Azad Qaradərəli
Azad Qaradərəli
-

Heyrətlənənlərə heyrətli bir mesaj: daha heyrətlənə bilməyəcəksiniz. İndidən necə boşalacağınızın dərdini çəkin.


Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.


Azad Qaradərəli
Yazıçı


MƏNİ DƏ N!DA-YA YAZIN

Bəxtiyar, məni də komsomola yaz!
S.Vurğun


N!İDA Vətəndaş Hərəkatı. Bu ifadə neçə vaxtdır kuluarlarda dolaşır və dolaşdıqca da bəzi üzlərdə bir sual, bəzisində heyrət, bəzisində də qoyun laqeydliyi yaradır.

(Bu “qoyun sözü bir vaxtlar hap-gopla bar-bar bağırdığımız bir-birinin ətini yeyən Ağqoyunlu, Qaraqoyunlu dövlətlərini yada salırdısa, indi Jirinovski göz önünə gəlir.)

Suallı üzlər o üzlərin sahibidirlər ki, özləri də sual işarəsinə oxşayırlar. Və hər şeyi öyrənmək istəsələr də, heç nədən doğru-dürüst xəbərləri yoxdur. Yaxud, bilirlər, amma bilə-bilə soruşurlar.

Heyrətli üz sahibləri isə içlərini çəkə-çəkə heyrətlənir, elə hər mənada boşalırlar. Bir də nə vaxt dolacaqları məlum olmaz.

Qoyunlar isə... Bunlar lap çoxdular. O qədər çox ki, sallaqxanalar yetirib kəsib qurtara bilmir. Qurbanlıq günlərində elə küçə-bacadaca kəsir, leşini-başını hara gəldi atırlar...

Sual işarələrinə muştuluq: N!DA-çı gənclərə 60-dan bir kəm iş verdilər! Heç gözünüz aydın olmasın!

Heyrətlənənlərə heyrətli bir mesaj: daha heyrətlənə bilməyəcəksiniz. İndidən necə boşalacağınızın dərdini çəkin.

Qoyunlara heç sözüm yoxdur. Sizi tapşırdım o əliçomaqlıya. O bilər, siz bilərsiniz...

Qaldıq biz – N!DA-çılar və mən. Onların da hərəsi bir ordu olan 8 nəfərini saldılar içəri. Özü də üst-üstə 59 il iş verdilər.

Ayrı nəyə gücüm çatır ki? Üzümü N!DA-nın rəhbərlərinə tuturam: məni də sıranıza yazın.

Baxmayın o uşaqların üst-üstə aldıqları iş qədər yaşım var. Qələmim hələ işləyir. Karınıza gələrəm.
XS
SM
MD
LG