Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:13

Çernobıl qəzasından 28 il ötür [Video]


Çernobıl zonasında yaşayanlar
Gözlə

No media source currently available

0:00 0:03:12 0:00
Direct-ə keçid

Çernobıl zonasında yaşayanlar

-
1986-cı il aprelin 26-da Ukraynada yerləşən Çernobıl Atom Elektrik Stansiyasında nüvə partlayışı baş verib. 7 minə yaxın adam ölüb, 25 mindən çox adam isə ömürlük şikəst olub.

Qəzanın aradan qaldırılmasında 7 min nəfərdən çox azərbaycanlı iştirak edib.

Azərbaycan Çernobıl Cəmiyyətinin sədri Mirhəsən Həsənovun AzadlıqRadiosuna verdiyi məlumata görə, indiyədək onlardan 2 min nəfərə qədəri vəfat edib:

«Qalanları isə 1-ci və 2-ci qrup əlillərdir. Bundan başqa, Çernobıl hadisələrində iştirak edənlərin çoxunun uşaqları əlil doğulub. Azərbaycanda bu uşaqların sayı 2 mindən çoxdur».

Cəmiyyət sədrinin dediyinə görə, hər il onlarla Çernobıl əlili müalicə üçün dövlət hesabına sanatoriyalara göndərilir:

«Bundan başqa, indiyə qədər 400-dən çox Çernobıl əlili mənzillə təmin olunub».

Qəzadan sonrakı ilk iki il ərzində SSRİ-dən 650 minə yaxın insanın xilasetmə işlərinə cəlb edildiyi bildirilir.
XS
SM
MD
LG