Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:26

Hafiz Məmmədovun «Baghlan» qrupu beynəlxalq reytinq qurumlarının «gözündən düşür»


Nəqliyyat Naziri Ziya Məmmədov və Baghlan-ın sahibi Hafiz Məmmədov Prezident Ilham Əliyevə London taksilərini təqdim edirlər
Nəqliyyat Naziri Ziya Məmmədov və Baghlan-ın sahibi Hafiz Məmmədov Prezident Ilham Əliyevə London taksilərini təqdim edirlər
-

Beynəlxalq reytinq şirkətləri Azərbaycanın «Baghlan» qrupunun reytinqini aşağı salıblar. Standard & Poor's və Fitch şirkətləri «Baghlan»ın 150 milyonluq kredit çərçivəsində növbəti ödənişi həyata keçirmədiyini yazırlar.

Bu şirkətlər «Baghlan»ın iqtisadi fəaliyyəti haqda kifayət qədər məlumat əldə edə bilmədiklərindən onun uzunmüddətli kredit reytinqini B (sabit) dərəcəsindən RD (məhdud defolt) həddinə endirdiklərini və onun fəaliyyətini dəyərləndirməkdən ümumiyyətlə imtina etdiklərini bildirirlər.

Ötən ilin yayında «Baghlan» qrupu beynəlxalq kredit reytinqlərinə düşən ilk özəl Azərbaycan şirkəti olduğunu yazırdı. Şirkətin veb saytında yayılan xəbərdə deyilirdi ki, Standard & Poor's «Baghlan» qrupunun uzunmüddətli kredit etibarlığını – sabit, Fitch Rating isə qrupun xarici valyuta emitenti kimi vəziyyətini müsbət dəyərləndirmişdi.
Baghlan Group
Baghlan Group

«Baghlan» qrupunun mətbuat xidmətindən sorğunu yazılı şəkildə istədilər. Şirkət sorğunu cavablayan kimi yazıya əlavə olunacaq.

«Baghlan Group FZCO» holdinqini 2007-ci ildə Birləşmiş Ərəb Əmirliklərində işadamı Hafiz Məmmədov yaradıb. Bu qrup hazırda «Bahar Energy» şirkətinin səhmlərinin 66 faizinin sahibidir. Bundan başqa şirkət Azərbaycanda özəlliklə nəqliyyat sahəsində bir sıra layihələr həyata keçirir. Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovla Bakı Futbol Klubunda şərikdir. Hər iki Məmmədovun sıx biznes bağlantısını göstərən sənədlər var. Onları uzun illər boyu «Bank of Azerbaijan»da şəriklik, nəqliyyatda, idmanda ortaq layihələr birləşdirib.Digər tərəfdən «Baghlan qroup» İspaniyanın «Atletico Madrid» klubunun sponsorudur.
XS
SM
MD
LG