Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:30

Bir şaftalı, min şaftalı


-

İran Azərbaycanının ustad yazıçısı Səməd Behrəngi Bakıda çap edilən bu nağılında uşaqlara nədən danışır?

Nağılda iki uşağın əkdiyi bir şaftalı tumunun cücərib böyüyərək ağac olana qədər baxın nələr gəlir başına:

“...Beləliklə, mən hərəkətdən və hərarətli əllərdən düşdüm, torpağın altında xoş və şirin yuxuya getdim ki, yazda daha hazırlıqlı və daha qüvvətli ayılım, cücərim, torpaqdan çıxıb Polad ilə Sahibəli üçün çoxmeyvəli ağac olum.

Elə ağac ki, onun şaftalıları mənə baxanda, öz gözəlliyindən utanan qızların qızarmış yanağına oxşasın, sulu və iri olsun. Qışda gördüyüm yuxulardan yadımda bir şey qalmayıb.

Ancaq o yadımdadır ki, yekə ağac olmuşam. Polad və Sahibəli mənim gövdəmə dırmaşıb budaqlarımı silkələyirlər.

Ağacın ətrafında toplaşan yarıçılpaq kəndli uşaqları yerə tökülən şaftalıları götürüb ləzzətlə yeyirlər. Ağızlarının suyu sinələrinə tökülür, çılpaq qarınlarını və hətta göbəklərini də isladır...”

Kitabı "Qanun" nəşriyyatı çap edib.
XS
SM
MD
LG