Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:18

Üzdə olan Rəsulzadə araşdırıcılarına iki sual (3-cü yazı)


Şirməmməd Hüseynov
Şirməmməd Hüseynov
-
AzadlıqRadiosunun «İz» proqramı 130 illik yubiley öncəsində M.Ə.Rəsulzadə irsinin araşdırıcılarına və onunla bu və digər dərəcədə bağlı şəxslərə iki sual yönəldib:

1. Sizcə, sonrakı dönəmin də təcrübəsi gözə alınsa, «Rəsulzadə kimdir» sualının ən qısa cavabı necə olardı?

2. Rəsulzadənin bugünün Azərbaycanına baxıb deyə biləcəyi ən xoş və ən acı sözlər nə olardı?

Şirməmməd Hüseynov –Azərbaycan

«AMERİKALILAR ÜÇÜN VAŞİNQTON KİMDİRSƏ...»


1. Bu sualın ən qısa cavabını Amerika alimi Tadeuş Svyatoxovski verib. O yazıb ki, amerikalılar üçün Corc Vaşinqton kimdirsə, azərbaycanlılar üçün də Məhəmməd Əmin həmin şəxsiyyətdir. Mustafa Kamal Atatürk deyib: Mən dünyaya Səndən 3 sənə erkən göz açmışam. Ancaq türk aləmində türkün İstiqlal bayrağını sən ucaltmısan. Bu bayraq enməsin deyə, mən onu Sənin əlindən alıb Türkiyə üzərində dalğalandırmışam. Enməz--demişsən, bu bayraq enməyəcəkdir! Bundan artıq kim nə deyə bilər ki?!

«SİZƏ UĞURLAR?!»

2.
Ən xoş söz nə olardı? Rəsulzadə deyərdi: Mənim ucaltdığım, enməsin deyə, sizə əmanət etdiyim bayrağı BMT-nin önündə, 60-a yaxın ölkənin paytaxtında ucaltmısınız. Azərbaycan paytaxtında da bu bayrağı yüz neçə metrliyə qaldırmısınız. Müstəqilliyimizi saxlamısınız. Siz bizim nəslin irsini davam etdirənsiniz. Sizə uğurlar!
Nəsiman Yaqublu
Nəsiman Yaqublu

«HƏR ŞEY DÖNDÜ TƏRSİNƏ...»

Ən acı sözlər nə olardı? Bu sualın cavabını Bəxtiyar Vahabzadə verib:
Bu torpağın özü boyda bu torpağa məhəbbətlə doluydun,
Bu torpağın yolunda da canını qoydun.
Borclu ikən Vətən Sənə, Xalq Sənə,
Hər şey döndü tərsinə!
Bu torpaqdan verilmədi bir məzarlıq yer Sənə...

Nəsiman Yaqublu-Azərbaycan

«RƏSULZADƏ İLK DEMOKRATİK DÖVLƏTİN BANİSİDİR»

1.
M.Ə.Rəsulzadə Azərbaycan Milli Qurtuluş Hərəkatının ideoloqu və ilk demokratik dövlətinin banisidir.
Yadigar Türkel
Yadigar Türkel

2. M. Ə. Rəsulzadənin ilk razı qalacağı məqam Azərbaycanın bir müstəqil dövlət olaraq yaşamasıdır. Narazı qalacağı məqam torpaqlarımızın hələ də işğal altında qalmasıdır.

Yadigar Türkel--Azərbaycan—İllərdir ki, M. Əmin bəyin kitablarını öz kiçik maaşı ilə çap etdirən vətənsevər

«SEVGİLİ AZƏRBAYCANDA DEMOKRATİYA QURAMADINIZ!..».


1. Məhəmməd Əmin Rəsulzadə XX yüzildə yetişmiş ən böyük siyasətçi və ulusal ideoloqdur.

2. Rəsulzadə 94 il sonra Azərbaycana gəlsəydi, ilk sözü bu olardı:
Sevgili Azərbaycanda demokratiya quramadınız!..

Ardı var...
XS
SM
MD
LG