Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 17:33

Kompüter terminləri Azərbaycan dilinə çevrildi


-

Bakı «Kitab Klubu» 2014-cü ilin ilk günlərində «İngiliscə-Azərbaycanca izahlı kompüter terminləri lüğəti» kitabını çap edib. Bu, lüğətin birinci nəşridir. Kitabı Rafiq Məmmədli tərtib edib.

Uzun illərin zəhməti hesabına başa gəlmiş bu lüğət İnternet, kompüter və İKT sahəsində ən çox işlədilən söz, ifadə və xüsusi terminlərin ingiliscə açılışını və azərbaycanca qarşılığını, lazım olanda isə izahını verir.

Orta məktəb şagirdləri, tələbə və müəllimlərlə yanaşı kompüterdə çalışan istənilən istifadəçi üçün faydalıdır.

Sahəyə aid təxminən 60 min söz və söz birləşməsi arasından seçilən 8 min 300-dək ən çox rast gəlinən, gündəlik işlədilən, kompüterdə çalışanların bilməsi vacib olan sözlərdən ibarət bu lüğət izahlıdır və öyrətmə funksiyası daşıyır.

Lüğət sosial şəbəkələrdə vaxtını keçirənlər üçün də faydalıdır: Facebook, Twitter və chat proqramlarında işlənən ən vacib və ən yeni terminlər də buraya əlavə olunub.

Baza toplanarkən qrafiki proqramlara daha çox diqqət verilib, Photoshop, Corel həvəskarları və mütəxəssislər də lüğətdən maksimum yararlanacaqlar.

Kitab artıq satış yerlərinə paylanılıb.
XS
SM
MD
LG