Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 13:18

Azərbaycan korrupsiya indeksinə görə 177 ölkə arasında 127-ci olub (infoqrafika)


-

Transparency İnternational-a görə Azərbaycanda korrupsiyanın səviyyəsi keçən ilə baxanda yaxşılaşaraq 139-cu yerdən 127-ci pilləyə yüksəlib.

Bu quruma görə Azərbaycanda rüşvətxorluq səviyyəsi 2000-ci ildən bu yana aşağıdakı kimi dəyişib:
İllər Ölkələr arasında tutduğu yer Araşdırılan ölkələrin sayı Topladığı bal (0-çox zəif, 10 çox yaxşı)
2000 87 90 1.5
2001 84 91 2.0
2002 95 102 2.0
2003 124 133 1.8
2004 140 146 1.9
2005 137 159 2.2
2006 130 163 2.4
2007 148 179 2.1
2008 159 180 1.9
2009 143 180 2.3
2010 134 178 2.4
2011 143 183 2.4
100 mümkün baldan aldığı
2012 139 176 27
2013 127 177 28
Mənbə: Transparency İnternational


Azərbaycanın qonşularından Ermənistan da vəziyyətini xeyli yaxşılaşdırıb. Keçən il 105-ci sırada olan bu ölkə bu il 94-cü yerdə göstərilir.

Transparency international-a görə ümumilikdə Ermənistan korrupsiyanın səviyyəsinə görə Azərbaycandan 33 pillə daha yaxşı vəziyyətdədir.

Gürcüstan isə 4 pillə geriləyərək keçən ilki 51-ci sıradan bu il 55-ə düşüb. Amma yenə də hesabatda Gürcüstan rüşvətxorluğun səviyyəsinə görə Qafqazda hamıdan daha yaxşı qiymətləndirilir.

Dünyanın 177 ölkəsində vəziyyəti öyrənən Treansparency İnternational korrupsiya səviyyəsinə görə dövlətləri bu cür sıralayır:

XS
SM
MD
LG