Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:27

R.Kauzlarich: «İran sözünə əməl etsə, Azərbaycan çox dramatik çətinliklərlə üzləşəcək»


Richard Kauzlarich
Richard Kauzlarich
-

ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Richard Kauzlarich AzadliqRadiosuna müsahibəsində bildirir ki, ABŞ-ın Azərbaycana, Azərbaycanın ABŞ-a olduğundan daha çox ehtiyacı olması barədə yanlış düşüncə var.

Keçmiş səfirin qısa müsahibəsini təqdim edirik.


Qərblə İran arasında əldə olunmuş razılaşma Azərbaycanın mövqelərinə necə təsir göstərə bilər?

Son illərdə Azərbaycan özünü inandırıb ki, ABŞ-ın Azərbaycana, Azərbaycanın ABŞ-a olduğundan daha çox ehtiyacı var. Bu inam belə bir yanlış düşüncədən yaranıb ki, guya bugünkü qlobal enerji situasiyası 1990-cı illərdə olduğu kimidir.

Digər inam bundan ibarət olub ki, Vaşinqton İranla hər hansı siyasi və ya hərbi münaqişədə Azərbaycanı strateji məkan kimi görür. Hazırda Qərbin iqtisadi sanksiyaları qaldırmaları üçün İranın nüvə proqramını məhdudlaşdırmaqda nə qədər ciddi olduğunu söyləmək çətindir.

Əgər iranlılar dediklərinə əməl etsələr, onda Azərbaycan Xəzər regionunda çox dramatik çətinliklərlə və Avropa və Türkiyə bazarlarına qaz çıxaracaq rəqib ixracatçı ilə üzbəüz qalacaq. Qarşıdan gələn ən azı 6 ay müddətində ABŞ-ın və Avropa İttifaqının başı İranla əldə olunmuş razılaşmanın icrasına dair danışıqlara qatışacaq.

Bu mənada Azərbaycanın öz köhnə gündəliyini yürütməsi üçün çox az siyasi məkanı olacaq.

Necə bilirsiniz, Azərbaycan Avropa İttifaqı ilə daha yaxın siyasi əlaqələrə can atmamaqla və diqqətini yalnız enerji əməkdaşlığına yönəltməklə Vilnüs sammitindəki fürsəti əldən vermiş olmurmu?

Azərbaycan insan haqları və ifadə azadlığının tələb etdiyi məsuliyyətə görə yanlış olaraq Avropa İttifaqı ilə daha sıx əlaqələrə doğru hərəkət etməli olduğuna inanan kimi görünmür.

Gürcüstan və Ermənistanla müqayisədə enerji sərvəti Azərbaycan üçün neytral mövqedə qalmağı daha asan edir.
XS
SM
MD
LG