Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 13:03

Fahişələr mövsümü... (Seçmə şeirlərdən)


-

Bu şeirlər son həftələrdə "Oxu zalı"na göndərilmiş əsərlər arasından seçilib.


Nihad İsa


fahişələr mövsümü


Daha bir axşam

səssiz, səmirsiz.

Daha bir bayram

kəndsiz, dəlisiz.



Daha bir məqam.

Bu axşamı donduran,

qışdan xatirə kimi gözümüzdə əridən

ey siyah tellim!



Bahar bu günlərdə

təqvimini qışa satır.

Günəşin kiminlə sevişdiyi bəlli deyil.

Bu şəhəri unudub.



Qarşımda rəqs edirdin...

Musiqidən, zamandan,

sənə baxdığım yerdən uzaqda,

fahişələr mövsümünün hakim olduğu bağlarda.



Bağ dediyim

daş yığını...

bir birini ayaqlayan otaqlar,

bir-birinin başı üstdə boz səmalar.

Daş səmalar.



Daş dediyim

düşüncələr, cümlələr.

Daş dediyim

təhqirlər,

sənə uzanan əllər.

Daş dediyim bu şəhər!



Baharı geyinməkdə çətinlik çəkən,

sənin çılğaqlığınla canın isidən

bu şəhər..

səni unuda bilmir...


İtaliya,Milan
10.04.2013



Təpədən dırnağa biz olmalıydıq!

Hava soyuq idi.
Uzun plaşım tənhalığa dalmış “məni” qorxudurdu...
Səksənirdim...
Amma başımdakı boz papağın verdiyi rahatlıqla gəzirdim.

Daha doğrusu gedirdim...
Üzü sənə doğru...

Sən məni gözləmirdin,
amma qapını açmağım sənə qəribə rahatlıq verirdi.
Azad olurdun!
Mənim azadlığımı təhdid edirdin.
Sevinirdin...
Amma gülüşlərin sevincini gizlədirdi.
Qəribədir...
Gözlərinin gözlərimlə sorunu nə?
Bu anlamsız savaş nə zaman bitər?
Və ya bitərmi?!
Bilmirəm...

Küsdüyümüz fəsil idi.
Ayaqlarım biixtiyar daha becid yeriyirdi...
Bunun da səbəbini bilmirəm.
Bəlkə uğursuzluqlardan bezmişdi ayaqlarım?!
“uğursuzluq”və ayaqlarım boşanmaq istəyən
cütlükdü sanki...
Nəfəsimdən çıxan buxar isə
Hər zamankından daha inadlı idi.
Bu buxar cütlüyü özünə aşiq etmişdi...
Beləliklə...
Halımdan razıyam, demək olardı...

Nəfəsimə görə hər addımda şükr edirdim.
Xoşbəxt bir xəstə idim...
Bu hər dəfə özünü göstərirdi.
Onu görməyimə məmnun olmağa calışırdım.

Sağ-sola diqqətlə baxıb,qapını çalacaqdım...
Qoxundan bir nəfəs ciyərlərimi rahat edə bilərdi.
Amma,mənim rahatlığımdan narazı kimi
danışmağa başlardın...

sevgi bu səfər,məni saxlayan varlığa dönüşərdi.
Eşqimizin mücərrəd cəhətini əziz tutardıq.
Gəl ki, bircə dəfə də olsun,
biz mücərrəd ola bilməmişik.
Çünki,nələrəsə hakim ola bilmə zənni
bizi aldadır...
bizə əngəl olur...
Heç suya dönüşüb bu əngəli sel gücüylə
aşmağı da bacarmadıq.
Sən yağışı səslədin,
mən qarların əriməsini, Günəşi!

Amma o gecə...
Plaşımın məni qorxutduğu,
ayaqlarımın zərif uğursuzluqlardan boşanmaq istədiyi
və mənim sənə hər addım daha da aşiq olduğum gecə,
sözlərin yerini
təbəssümlü busələr tuta bilərdi...

Tutmadı...
Buna ən çox yazdığım vərəq üzüldü!
Qələmin göz yaşları necə ağrılı?!

Deyəsən çox mürəkkəbik biz.
Mücərrəd varlığa dönüşmək üçün,
ucalan,tərləyən,ağlayan əllər,
baxan gözlər,təbəssümlü dodaqlar,
öpüşlər, yeriyən ayaqlar,
əyilən, sürtülən, taqətlidizlər,
eşqdən yaranan söz olmalıydıq...
təpədən dırnağa biz olmalıydıq.

İtaliya,Milan
11.01.2013



Ibadet


Hükumetle hükumet olunur

diplomasi yoluyla.

Allahla Allahlık etmeye

diplomasi yetmez.



saf-çürük


Allah yeriyir,

bizim addımlarımızı sezərək.

Allah danışır,

səsini səsimizə qataraq.

Şəhərlərdə, küçələrdə,

pəncərələr arxasında

əqrəbləri yarışdırır ağuşunda.

Hər kəs ondan asılıdır.

Hər kəs onla hesablaşır.

Bəzən hətta fəsilləri gecikdirir.
Qış ortası baharlardan xəbər verir.
Bəzən yayın ortasında
bozardıqca bozarır.

O da bizdən bezir bəzən.
Istəklərdən, arzulardan,
nəfsimizdən, hirsimizdən,
mənasız söhbətlərə
qulaq misafiri olmaqdan,
kimisinə daş olmaqdan,
kimisinə büt olmaqdan
bezən Allah,
səndən xalqım adına özür dilərim.


bolonya bolonya

Sütunlardan tutunaraq sevişmək,
cam məzarlığına toplaşıb
doyunca Tanrını söymək,
badələri doldurub hürriyyəti qutlamak.

Qızarmış gözlərdən çıxan
şüarların taleyidir
ciddiyə alınmamaq.
Almamaq.
Satmaq olan-qalanı
faşistin ritmiylə oynamaq üçün.
Yalamaq papiros kağızın gərəksiz yerə,
yırtmaq bütün pərdələri
daha hənüz cocuqkən.

Ehtiyatlı olun, gənclər!
Bir gün hamı
qara ciyər serrozundan ölə bilər.
XS
SM
MD
LG