Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:08

Rəsulzadənin nəvəsi İlham Əliyevə müraciət etdi


Rais Rəsulzadə
Rais Rəsulzadə
-
Azərbaycan Siyasi Repressiya Qurbanları Assosiasiyasının prezidenti Rais Rəsulzadə AzadlıqRadiosu vasitəsilə Azərbaycan prezidenti İlham Əliyevə müraciət edib.

Onun fikrincə, 1937-ci ilin repressiya qurbanları barədə əlavə sərəncam verilməsinə ehtiyac var.

Rais Rəsulzadə sayı onsuz da az qalan repressiya qurbanları üçün imtiyazların verilməsini istəyir.

Onun dediyinə görə, müharibə veteranları kimi repressiya qurbanları da həkim müalicəsində, kommunal xərclərin ödənməsində, ictimai nəqliyyatdan istifadə edərkən və dərman alarkən güzəştlərdən yararlanmalıdırlar.

Assosiasiya 1991-ci il aprelin 20-də ümumittifaq assosiasiyasının tərkib hissəsi kimi yaradılıb.

Assosiasiyanın ilk prezidenti Əşrəf Mehdiyev olub.

Rais Rəsulzadə bu assosiasiyaya 2009-cu ildən –Əşrəf Mehdiyevin vəfatından sonra rəhbərlik edir.

Rais Rəsulzadə Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin nəvəsidir.
XS
SM
MD
LG