Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 09:03

Snowden-də hələ «qorxulu» məlumatlar var


Edward Snowden (orta) Moskva Sheremetyevo hava limanında mətbuat konfransında
Edward Snowden (orta) Moskva Sheremetyevo hava limanında mətbuat konfransında
-
«Amerikanın keçmiş kəşfiyyatçısı Edward Snowden-də elə məlumatlar var ki, açıqlasa, Birləşmiş Ştatlar üçün «çox qorxulu«» olar»- bunu «Guardian» qəzetinin Snowden-dən müsahibə almış jurnalisti Glenn Greenwald deyir. O, Snowden-nin məlumatlarını ilk çap edən jurnalistdir.
«Edward Snowden-də yetərincə məlumat var ki, bir dəqiqəyə ABŞ hökumətinə hər hansı şəxsdən çox ziyan vura bilər», jurnalist Argentinanın «La Nacion» qəzetinə deyib. Ancaq o, əlavə edib ki, Snowden Vaşinqtona ziyan vuracaq informasiyalardan bəzilərini yaymamaq qərarını verib.
Üç həftədir ki, Snowden Moskva aeroportunda qalır. O, cümə günü bildirib ki, Rusiyadan sığınacaq istəyir. Birləşmiş Ştatlar onu casusluq ittihamıyla mühakimə etmək istəyir.
Dünən ABŞ prezidenti Barack Obama və Rusiya prezidenti Vladimir Putin onun barəsində danışıblar.
Snowden ABŞ kəşfiyyatının insanların internet və telefon məlumatlarını əldə etdiyini açıqlayıb.
XS
SM
MD
LG