Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 04:10

Tale Bağırzadəyə imza toplanır


Tale Bağırzadəyə imza toplanır
Gözlə

No media source currently available

0:00 0:02:04 0:00

Tale Bağırzadəyə imza toplanır

-
İlahiyyatçı Tale Bağırzadənin dərhal azadlığa buraxılması tələbi ilə imzatoplama kampaniyası başlayır. Tale Bağırzadənin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirqasım Əliyev iyunun 24-də keçirilən mətbuat konfransında belə deyib. O, daha sonra söylədiklərinə bunu da əlavə edib:

«Düzdür, bəzən deyirlər ki, bununla onu buraxacaqlarmı? Komitə olaraq deyirik: – Xeyr, azad etməyəcəklər. Biz o qədər sadəlövh deyilik ki, Tale Bağırzadəni saxta ittihamlarla həbs edən rejimin kimlərinsə imzasına görə onu azad etməsinə inanaq. Onlarda bu cəsarət, bu şərəf yoxdur. Sadəcə məqsədimiz onun həbsinin gerçək motivlərini həm Azərbaycan cəmiyyətinə, həm də beynəlxalq ictimaiyyətə çatdırmaqdır. Eyni zamanda, bu həbsə qarşı ictimai qınaq yaratmaqdır».

YADA SALAQ

29 yaşlı Tale Bağırzadə Bakıda İqtisad Universitetini bitirib. Bundan başqa İranda və İraqda dini təhsil alıb. 2011-ci ildə Bakıya qayıdan ilahiyyatçı Təhsil Nazirliyi qarşısındakı «Hicab qadağasına yox» aksiyasında saxlanaraq il yarım azadlıqdan məhrum edilib. Həbs başa çatdıqdan sonra azadlığa çıxan Tale Bağırzadə moizələrində siyasi hakimiyyəti tənqid etməyə başlayır. Onun həmin moizələrinin videogörüntüsü internetdə də yayılır. Bu il martın 31-də ilahiyyatçı həbs olunub. Rəsmi qurumlar onun üstündən narkotik, sürücüsündən isə silah götürüldüyünü bildirirlər. İlahiyyatçı Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə qanunsuz 1.026 qram heroin saxlamaqda ittiham olunur. Nə Tale Bağırzadənin özü, nə də onun hüquqlarını müdafiə edən komitə bu ittihamlarla razılaşır.
Namizəd Səfərov
Namizəd Səfərov

«ƏMİNƏM Kİ, ONA BAŞQA İTTİHAMLAR İRƏLİ SÜRƏCƏKLƏR»

Vəkil Namizəd Səfərovun dediyinə görə, 3 aydır həbsdə olan Tale Bağırzadə haqqında hansı istintaq hərəkətlərinin aparıldığı məlum deyil. Vəkil mətbuat konfransında narahat olduğu məqamları da bölüşüb:

«Bizdə ziyanlı ənənənə formalaşıb. Vətəndaşa qarşı siyasi təqiblər apardıqda ilkin olaraq uydurma ittihamlarla həbs olunur. Ya cibinə narkotik, ya patron qoyur, ya da xuliqanlıq ittihamı irəli sürürlər. Onu 5-6 ay həbsdə saxlayarkən siyasi yönlü ittihamı da formalaşdırırlar. Hamı bilir ki, Tale Bağırzadənin üstündən narkotik tapılması haqda deyilənlər uydurmadır. Əminəm ki, ona başqa ittihamlar irəli sürəcəklər. Adətən, din xadimlərinə qarşı vətənə xəyanət, casusluq kimi uydurma ittiham irəli sürürlər».

Hüquq-mühafizə orqanlarından bu deyilənlərə münasibət öyrənə bilmədik.

«GƏNC YAŞDA İKİ DƏFƏ HAKİMİYYƏTİN QƏZƏBİNƏ TUŞ GƏLDİ»

Mətbuat konfransında Tale Bağırzadənin Hüquqlarını Müdafiə Komitəsinin üzvü Natiq Adilov ilahiyyatçının siyasi məhbus olduğunu deyib:
Natiq Adilov
Natiq Adilov

«O, ictimai və fəal tənqidi mövqeyinə görə həbs olunub. Tale Bağırzadənin bircə çıxışını izləmək kifayətdir ki, niyə həbs olunduğunu biləsən. Narkotik bu hakimiyyətin mənəviyyatlı insanlara qarşı silahıdır. Tale Bağırzadə dinin protokolu ilə məşğul olmurdu, namazını qılıb, oruc tutmaqla kifayətlənmirdi. O, qarşısına böyük hədəflər qoyan, bizi narahat edən problemləri dilə gətirən insandır. Buna görə də gənc yaşda iki dəfə, özü də 4 ay fasiləylə hakimiyyətin qəzəbinə tuş gəldi».

Natiq Adilovun fikrincə, Azərbaycan hakimiyyəti ölkədə radikal mühit formalaşdırır. Belə mühit aşırı gücün gücsüzə təzyiqindən qaynaqlanır və insanları radikal addımlar atmağa vadar edir. Natiq Adilov hakimiyyəti bu yoldan əl çəkməyə çağırdı.

Parlamentin İnsan Haqları Komitəsi sədrinin müavini Yevda Abramov hakimiyyətin siyasi opponentlərini silah və ya narkotik kimi uydurma ittihamlarla həbs etməsi haqda fikirləri rədd etdi. O, siyasi opponentlərə seçki təbliğatı zamanı cavab verəcəklərini söyləməklə kifayətləndi.
XS
SM
MD
LG