Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:13

Eurovision haqqında Britaniya mifləri


Erovision 2012-nin Bakı finalında Böyük Britaniyanı təmsil edən Engelbert Humperdinck
Erovision 2012-nin Bakı finalında Böyük Britaniyanı təmsil edən Engelbert Humperdinck
-

Britaniya Eurovision mahnı müsabiqəsinin əsas sponsorlarından biri kimi (Almaniya, İspaniya,İtaliya və Fransa ilə birlikdə) yarışa Malmödə də birbaşa final mərhələsindən qoşulur. Final ərəfəsində Britaniya mətbuatında ölkənin son illərdəki uğursuz çıxışlarının səbəbləri müzakirə olunur.

Bəziləri sual edir: “Necə olur ki, Britaniya, pop musiqisi sənayesində ABŞ-la birlikdə liderlik etdiyi halda, “cılız” bir müsabiqədən isə hər dəfə əliboş qayıdır?

“The Guardian” bu yarış haqqında Britaniyada geniş yayılmış ictimai rəy barədə elə belə də yazır: “çox güman ki, bu cığal, nəticələri saxtalaşdırılan yarışda Birləşmiş Krallıq növbəti dəfə qələbə qazana bilməyəcək”.

Qəzet yazır ki, Britaniyda “Eurovision” azarkeşi olmaq çətindir. Öz ölkəsinin ildən ilə yarışı biabırçılıqla başa vurmasını hansı vətənpərvər normal qəbul edər? Tənqidlərində bir qədər də uzağa gedərək “The Guardian” iddia edir ki, Britaniya bu yarışda qalib gəlmək heç cəhd də göstərmir.
.
"Eurovision müsabiqəsini Berlin hasarı yıxılan kimi tarixin zibilxanasına tullamaq lazım idi" - deyə cəmiyyətdə formalaşan fikri ifadə edir və dərhal da ictimai fikirlə mövcud reallıqlar arasında müqayisə aparır və yazır ki, Britaniyda Eurovision haqdakı təsəvvürlər aşağıdakı miflərə söykənir.

1-ci mif: “Şərqi Avropa ağalıq edir”
Britaniyada geniş yayılmış inama görə “Eurovision” yarışında qiymət mahnıya yox, hansı ölkənin daha çox yaxşı qonşusu olduğuna verilir və bu ölkələr adətən Şərqi Avropanı təmsil edirlər. Bu inamın cəfəngiyyat olmasını görmək üçün son onilliyin qalibləri siyahısına baxmaq kifayətdir: İsveç, Azərbaycan, Almaniya, Norveç, Rusiya, Serbiya, Finlandiya, Yunanıstan, Ukrayna və Türkiyə. “Bunun daha harası Şərqi Avropa oldu?” – sual edir qəzet.

2-ci mif: “Hər şey qonşulardan asılıdır”
Bu həm belədir, həm də belə deyil. Doğrudur Yunanıstan Kiprə və ya Bosniya Xorvatiyaya bir neçə xal verir, lakin bu, daha çox qonşuluq yox, şərikli mədəniyyətlə bağlıdır. “The Guardioan” yazır ki, hər il Britaniya nümayəndəsinə səs verən azsaylı ölkələrdən biri də İrlandiya olur, hərçənd bu iki ölkə o qədər də “can-ciyər” qonşu deyillər. Unutmaq olmaz ki, bu səsbvermədə 40 ölkə iştirak edir və təkcə qonşulrın xeyirxahlığı məsələni həll edə bilməz. “Ona qalsa, - yazır qəzet, - gərək hər il mükafatı eyni ölkə alaydı”... Odur ki, mahnının qalib gəlməsini elə mahnı özü həll edir.

3-cü mif: “Yarışı hiyləgər fəndlər qazanır”
Qəzet bunun da xürafat olduğunu yazır. Yəni hər hansı tryukla audotiriyanın rəğbətini qazanmaq olar, amma bu münvalla axıradək getmək çətindir. Ötənilki yarışda “ən yaddaqalan Rusiya nənələri” idi, lakin yarışı güclü bir pop mahnısını təkbaşına və ustalıqla oxuyan isveçli Loreen uddu.

4-cü mif: “Hamı Britaniyaya nifrət edir”
“Biz brityaniyalılarda əzabkeş olmaq kompleksi var”, - yazır “The Guardian”. Bir çox britaniyalılar bəsit bir düşüncə ilə belə bir fikir yürüdürlər ki, İraqa hərbi müdaxilə etdiyi üçün hamının Britaniyadan zəhləsi gedir. Qəzet xatırladır ki, İraq müharibələri faktına baxmayaraq Jade Ewen 2009-cu ildə 5-ci, Jessica Garlick isə 2002-ci ildə 3-cü yeri tutublar. “Acı həqiqət bundan ibarətdir ki, biz bu yarışda layiq olduğumuz nəticəni göstəririk” – qəzet yazır
.
5-ci mif: “Yarışda oxunan mahnıların hamısı zəifdir”
“Bu təmamilə subyektiv fikirdir” - “The Guardian” yazır. Mahnılar çeşidinə və ifa tərzinə görə müxtəlifdir və müxtəlif zövqləri oxşaya bilir. “Əgər “Eurovision” olmasa idi, biz xorvat klapasını, fransız blyuzunu, Çernoqoriya repini, Norveç elektrosunu və Makedoniyanın qaraçı musiqisini daha harda eşidə bilərdik” – deyə sual edir müəllif.

Sonda hər şeydən şübhəli britaniyalılara bir məsləhət də səslənir: “Qulaqlarınızı açın, mahnıları qərəzsiz dinləyin və ola bilsin ki, yaxşı mənada təəccüblənə bildiniz”.

Eurovision haqda yuxarıdakı yanlış təsəvvürlər haqda sənin fikrin nədir? “The Guardian”ın miflər sıyahısını uzada bilərsənsə, bizə yaz
XS
SM
MD
LG