Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:22

Vəkil: «Gülər Əhmədovaya böhtan atıblar»


Gülər Əhmədova
Gülər Əhmədova
-
Həbsdə olan sabiq millət vəkili Gülər Əhmədova Sevinc Babayeva və onun oğlu Ayxan Məmmədov barəsinə vəsatət qaldırmağı düşünür.

Bu barədə AzadlıqRadiosuna Gülər Əhmədovanın vəkili Raqif Mustafayev məlumat verib.
O bildirib ki, ana və oğul Gülər Əhmədovaya böhtan atıblar, bu da öz yerini tapmalıdır:
«Hər iki şəxs mətbuat orqanlarına verdikləri müsahibələrində müdafiə etdiyim şəxsə böhtan atıblar. Sevinc Babayevanın oğlu Ayxan hər zaman iddia edirdi ki, anasını Gülər Əhmədova zəhərləyib. Lakin ekspertiza rəyi bunun əksini təsdiq edib».
Vəkil Gülər Əhmədovanın səhhəti ilə bağlı probleminin olduğunu da bildirib:
«Əsəblərinə görə sağlamlığı elə də yaxşı deyil, vəziyyəti pisdir. Ancaq bir neçə gün öncəyə baxanda nisbətən sakitləşib».
Gülər Əhmədova fevral ayında, Elşad Abdullayevin yaydığı gizli videogörüntülərdən sonra həbs olunub.

Gülər Əhmədova onu rüşvətdə ittiham edən videogörüntülərin montaj olduğunu deyir.

Ona qarşı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) maddəsi ilə cinayət işi başlanıb.
XS
SM
MD
LG