Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 07:13

Şeir nominasiyasında qaliblər bilindi


-

"Ədəbi Azadlıq-2013" Müsabiqəsinin şeir nominasiyası üzrə qalibləri bilindi.

Münsiflərə on-line səsvermədən sonra onluqdakı yazarlara əlavə ballar vermək təklif edilmişdi.

Qaydalara görə, münsif oxucu səsverməsinin nəticələrini qəbul edə də bilər, tam, yaxud qismən rədd edə də bilər

Münsiflərdən yalnız ikisi on-line səsvermə nəticəsində formalaşmış səbətlərin birincisindəki şeir müəlliflərinə əlavə bal verməkdən imtina edib.

Beləliklə, bütün münsiflərin verdikləri əlavə ballar onluqdakı yazarların müsabiqənin 1-ci və 2-ci mərhələlərində aldıqları ballara əlavə olunub və mükafatçılar bəlli olub.

On-line səsvermə ikinci mərhələdən sonra formalaşmış mükafata iddialıların ilk üçlüyünə ciddi təsir etməyib.

Mükafatçılar arasında şeiri on-line səsvermə səbətlərinin hər üçündə yer alan yazarlardan var.

Mükafatlar:
1-ci yer - notebook
2-ci yer - netbook
3-cü yer (iki dənədir) - e-book reader-lər


Mükafatlandırma mərasimi iyunun 7-də Bakıda keçiriəcək.


***

"Ədəbi Azadlıq-2013" Müsabiqəsinin şeir onluğu ilə bağlı on-line səsvermə mayın 20-də başa çatıb. Səsvermədə 1175 nəfər iştirak edib.

Səsvermə nəticəsində 3 səbət formalaşıb.

1-ci səbət

Aytən Nəsibbəyli - 19%
Fərid Hüseyn - 17,1%
Nigar An - 16,4%

2-ci səbət
Sara Selcan - 9,5
Məmməd Əbülfəzoğlu - 9%
Xatirə Nurgül - 8,2%
Balayar Sadiq - 6,1%

3-cü səbət
Aygül Qurbanova - 5,4%
Könül Həsənqulu - 4,9%
Yaşar Bünyad - 4,4%

Münsiflərə təklif ediləcək ki, bu səbətlərə uyğun olaraq müəlliflərə əlavə ballar versinlər. yəni 1-3-cü yerləri tutan müəlliflərdən birinə 7 bal, 4-7-ci yerləri tutan müəlliflərdən birinə 4 bal, 8-10-cu yerləri tutan müəlliflərdən birinə isə 1 bal versinlər.

Bir daha vurğulamaq istərdik ki, hər bir münsif səsvermə nəticələrini qəbul edə də bilər, etməyə də bilər. Əlavə bal (əgər veriləcəksə) onluqdakı yazarın müsabiqənin birinci və ikinci mərhələlərdə aldığı ballara əlavə ediləcək.

Hər kəsə uğurlar!

***


Azadlıq Radiosunun mədəniyyət portalı olan oxuzalı.az saytında keçirilən sorğuda oxuculara onluqdan ən çox bəyəndikləri müəllifə səs vermək imkanı yaradılır. (Şeir onluğuna keçmiş müəlliflərin əsərləri burda)

Sorğu mayın 13-dən 19-can (həmin gün də daxil olmaqla) davam edəcək.

Nəticələr əsasında 3 səbət formalaşacaq. 1-3-cü, 4-7-ci və 8-10-cu yerlər.

Müsabiqənin münsiflərinə təklif ediləcək ki, on-line səsvermənin nəticələrinə uyğun olaraq hər səbətdən yalnız 1 müəllifə əlavə bal versinlər, yəni 1-3-cü yerləri tutan müəlliflərdən birinə 7 bal, 4-7-ci yerləri tutan müəlliflərdən birinə 4 bal, 8-10-cu yerləri tutan müəlliflərdən birinə isə 1 bal versinlər.

Bu ballar həmin müəlliflərin müsabiqənin 1-ci (imzasız əsərlər arasından seçim) və 2-ci (onluğun seçilməsi zamanı) aldıqları ballara əlavə ediləcək.

Münsiflər heyətinin üzvü on-line səsvermənin nəticələrini qəbul etməyə də bilər. Amma əgər qəbul edəcəksə, onda səsvermə nəticəsində formalaşmış səbətlərə uyğun bal verməlidir. (Müsabiqənin ötən illərdəki təcrübəsi göstərir ki, münsiflər on-line səsvermənin nəticələrini əsasən qəbul edirlər).

Bir daha vurğulayırıq ki, on-line səsvermə ilə müsabiqənin qalibi müəyyənləşmir, amma bunun qalibin müəyyənləşməsinə təsiri ola bilər. On-line səsvermədə 1-ci olan yazar əgər müsabiqənin 1-ci və 2-ci mərhələlərində yüksək bal toplayıbsa, bu, onun baş mükafatı udmasına kömək edə bilər. Amma əvvəlki mərhələlərdə az bal yığanlar on-line səsvermədə birinci olsalar da, ümumiyyətlə mükafat almaya bilərlər. İki misal: 2011-ci ildə hekayə nominasiyası üzrə on-line səsvermənin qalibi olmuş Musa Əfəndi həm də müsabiqənin baş mükafatını qazanmışdı, ötən il hekayə nominasiyasında on-line səsvermədə 1-ci olan Reyhan Yusifqızının isə mükafatçılar sırasına düşmək üçün balı kifayət etməmişdi.

Onu da əlavə edək ki, "Ədəbi Azadlıq-2013" müsabiqəsinin onluğuna keçmiş yazarlar "Oxu zalı"nda dərhal çap edilmək haqqı qazanmış olublar (eynən əvvəlki illərdə müsabiqənin onluqlarına düşmüş bütün yazarlar kimi). Onların göndərdiyi əsərlər bundan sonra seçim üçün Münsifə göndərilmədən dərhal "Oxu zalı"nda çap ediləcək.

Hər kəsə uğurlar!

Hekayə onluğu da eyni qaydada və yerdə on-line səsverməyə çıxarılacaq.
XS
SM
MD
LG