Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:34

Səməd Vurğun haqlıydı (Sərdar Cəlaloğluna cavab)


Güntay Gəncalp
Güntay Gəncalp
-

“Səməd Vurğunun tək haqlı olduğu məsələ onun Qacara olan münasibətidir bəlkə. Qacar işğalçı və zehniyyət olaraq Fars irqçiliyindən qurtulmamış, Fars-sasani yönətimini yenidən canlandıran bir qatil idi”.

Əslən İran Azərbaycanından olan, indi Finlandiyada yaşayan araşdırmaçı yazar Güntay Gəncalp Azadlıq Radiosunun “Pen klub” proqramındakı debata bu cür şərh yazıb.

O, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun Şah Qacar obrazına görə Səməd Vurğunu tənqid etməsini, qacarlar xanədanını yüksək qiymətləndirməsini qəbul etmir.

“Cəlaloğlu bilməlidir ki, bizim Səlcuqlu, Bayandırlı, Eldəgizlər kimi dövlətlərimiz olmuşdur. Səfəvilərdən sonrakı tarix isə fars irqçiliyi ideologiyasıdır” – deyə o şərhinə davam edir.

G.Gəncalp qacarlar haqda fikirlərini daha ətraflı şəkildə “Oxu zalı”na göndərdiyi bu məqalədə açıqlayır.


Güntay Gəncalp


QACARLAR


Nadir şah öldürüldükdən sonra qurduğu imperatorluq parçalandı.

Qafqazda və Azərbaycanda xanlıqlar meydana gəldi. Qafqaz xanlıqları o vaxtdan etibarən fars kimliyi ilə təchiz edilmiş İran tarixi mühitindən ayrıldıqları üçün milli dil və milli kimlik inkişaf etməyə başladı.

Qarabağ xanlığında ortaya çıxan Vaqif, Vidadi, Natəvan kimi milli dildə yazan şairlər Qacar mühitində olmamışdır.

Qafqazın İrani mühitindən qopuşu milli dilin inkişafına təkan verdi.

Özəlliklə daha mütərəqqi mədəniyətə sahib olan Rusiya ilə Qafqaz xanlıqlarının ilişki qurması milli dil və kimlik önündə yeni bir üfüq açdı.

Nadir şahın ölümündən sonra Qafqaz xanlığı heç vaxt Qacar dövlətinə tabe olmadı.

İrani kimlikdən və mühitindən canlarını qurtarmaq üçün bu xanlıqlar Rusiya ilə işbirliyini seçdilər.

Qacarın iddiası da Gülüstan və Türkmənçay müqavilələri ilə sona ərdirildi.

Bu müqavilələrlə Qafqazın inkişafı qarşısındakı İran-Qacar əngəli ortadan qaldırıldı. Abasqulu ağa Bakıxanov kimi önəmli aydınlar “Gülüstani-irəm” kitabında “Gülüstan” və “Türkmənçay” andlaşmalarını İran tarixi mühitindən qurtulmaq üçün bir şans olaraq hesab etmişlər.

“A. Bakıxanov XIX əsrin birinci yarısında İran, Türkiyə və s. Şərq ölkələrinə nisbətən Rusiyanın qabaqcıl və qüdrətli bir ölkə olduğunu dərindən başa düşmüş və Azərbaycanın Rusiyaya birləşməsini müsbət bir hadisə olaraq qiymətləndirmişdir.”*

Qacar dövləti qurulduqdan sonra Nadirin ölkəsində fərqli ortam ortaya çıxmadı və
Ağa Məhəmməd şah Qacar
Ağa Məhəmməd şah Qacar
enidən molla-feodal mirasına geri dönüldü. Molla-feodal sinifi iqtidarı əlində bulundurmağa başladı.

Qacar dövlətinin quruluşundan dərhal sonra molla-feodal sinfi iqtidarı sarayla paylaşdı və Nadirin reformlarını tam olaraq yox etdilər.

Ağa Məhəmməd Xan 1795-ci ildə Tehranı başkənd olaraq seçdikdən sonra Qacar dövləti rəsmən quruldu.

Ağa Məhəmməd Xan türk varlığına dayanaraq dövləti qurmuşdu. Bir məktubunda o, böylə yazır:

“Ölkədəki türklər və moğollar birləşməlidirlər ki, farsların iqtidara gəlmələrinin qarşısını ala bilsinlər.”**

“Bütün siyasi davranışlarında Çingiz Xanı örnək alan Ağa Məhəmməd Xan ölkə yönətimində və dövlətin yazqısı baxımından da Çingiz Xanın yasalarını uyqulamaqda idi. “Qacar yasası”na görə, vəliəhdin sadəcə atası deyil, anası da Qacar soyundan olmalı idi.” ***

______
* A. Bakıxanov, Gülüstani-İrəm, türkçəyə çevirən: M. Ələskərli, Minarə nəşriyatı, Bakı-2000, giriş bölüm.

** Şücaəddin Şəfa, Min dörd yüz ildən sonra (Bə´d əz hezaro çəharsəd sal), Fərzad yayınları, II cild, s. 793.

*** Əminə Pakrəvan, Abbas Mirzə və Azərbaycan, çevirən: Cavanşir Muğanlı, Pınar yayınları, 1388-Zəncan, s. 9.



Qurucu Qacar bu fikirdə olsa da, o, bəlkə bilincində olmadan özünü tarixi fars inancının və fars ideologiyasının əsgəri kimi aparırdı. Nadirin varisliyini buraxıb Şahnamə mehvərli hərkət emtəyə qərar verdi.

Qacarların bu növ rəftarı səbəbi ilə dövlətin farslaşması qaçınılmaz idi. Çünkü fars tarixi inancı təşkilatlanmış ideoloji otoritə idi.

Qacar şah Ərdəbildə Şah İsmayılın qılıcını belinə bağlayaraq Tehrana gedərkən artıq dövlətin dini politikasını da müəyyən etdi.

O, Nadir Şah politikasını deyil, tarixi fars etiqadını dövlətin rəsmi dini kimi seçdi.

Nadir Şahın ölümündən sonra ortaya çıxan Qafqaz xanlıqlarında fərqli təmayül ortaya çıxmışdı. Xanlıqlar tarixi İran mühitinə bağlanmaq istəmirdilər. Xanlqıların bu istiqamətdə doğru düşündüklərini tarix sübut etdi. Çünkü Qacar mühitində türklər daxili kolonizasiona məhkum edilmişdirlər.

M. Ə. Rəsulzadə “Qafqaz Türkləri” kitabında yazır ki, daxili kolonializm üzündən türklər “nəfsi-müdafiə” duyqusunu itirmişdiləlr. Bu üzdən də Qafqaz xanlıqlarında milli duyqu və düşüncə, milli ədəbiyat və musiqi inkişaf etsə də, 150 illik Qacar tarixindən ana dilimizdə bir tək əsər miras qalmadı. Bütün Qacar tarixi farsçılığa həsr edildi.

M. S. Ordubadi “Dumanlı Təbriz” əsərində yazır ki, Təbrizdəki məşrutə hərəkəti zamanında Qacarlar daha əskidən yazılan iki türkçə kitabı da yasaqladılar. Onlardan biri “Hüseyn Kürd Şəbistəri”, digəri də “Sələbiyyə” idi. S. Ə. Şirvani də Qacar şahı Nasirəddin şaha türk dilini aşağıladığı üçün həcv yazmışdır. Möcüz Şəbistəri keçən əsrin birinci onilliyində Qacarları Türk dilini təhqir etdikləri üçün qarğayaraq yazır:

“Özü türk oğlu türk ikən, deyir ki, türkcə bilmirəm. Allahım, başımızın bəlası olan bu Qacar soyunu yerlə yeksal eylə!”

Möcüzün qarğışı etdiyi kimi oldu. Türk soylarına dönük çıxan Qacarlar külək kimi əsib tarixdən elə silinib getdilər ki, heç bir mədəni izləri qalmadı. Sanki belə bir tarix bəşər tarixində heç olmamışdır.

Ağa Məhəmməd Xanın Şuşada öldürülüşündən sonra qardaşı oğlu Fətəli (1797-1834) şah oldu. Fətəlinin şahlığı Napoleonun Avropada ünlü savaşları ilə eş zamanlı olmuşdur.

Fətəli şahın 37 illik şahlıq zamanında molla-feodal sinifi yenidən xalqı sömürməyə başladı. Fətəli şah dönəmindən başlayaraq, şahları mollalar yönləndirmişdi.

Sərdar Cəlaloğlu
Sərdar Cəlaloğlu
Rusiya qarşısında yenilən Qacar dövlətinin sultanı mollalardan yardım istəmək zorunda qalmışdı.

“Fətəli şah 1826-cı il iyun ayının 26-da Tehrandan Sultaniyəyə getdi. Cəfər Əsətərabadi, Məhəmməd Tağı Bərəqani kimi bir qrup molla da Sultaniyəyə gəldi. Bu arada Çar Nikolay da Rusiyada yenicə taxta çıxmışdı. Onun səfiri də Fətəliyə səfirlik bəlgəsini sunmaq üçün Sultaniyəyə gəldi. Mollalar Fətəlinin savaşdan vaz keçməsindən qorxurdular. Bu sırada baş mollalar - molla Əhməd Nəraqi və molla Abdulvahab Qəzvini kəfən geyinərək şahın hüzuruna gəlib Rusiya ilə savaşa və cihada hazır olduqlarını bildirdilər. Baş mollalar cihad fətvası verdilər. Bəzi mollalar isə cihada qarşı idilər. Bir başqa fətva da verildi ki, Rusiya ilə savaş fətvasına qarşı çıxan, imam Mehdi qarşıtıdır. Bu da digər mollaları susdurdu, çünki Mehdiyə qarşı çıxmanın cəzası ölümdür. Bu fətvanı verən Seyid Məhəmməd Müctəhid Sultaniyədə böyük törənlə qarşılandı. Əhali onun ətəyindən öpürdü. Ətəyini öpməyə imkan olmayanlar onun eşşəyinin ayaqlarının izini öpürdü.” *

“Fətəli şah bu xəbəri duyduqdan sonra ağlamağa başladı və Seyid Məhəmməd Müctəhiddən rica etdi ki, o fətva kağızını möhürləyib birini mənə ver ki, öldüyümdə yanımda aparım və o dünyada hesab günündə göstərim” **

Avropada aydınlanma devrimləri olurkən Qacar şahının necə cahil olduğu gözlər önünə sərilir. Kəfən geyinən heç bir molla da savaşa qatılmadı. Bu fətvalardan şübhələnən Rusiya ordusu Təbrizi də işğal edərək Tehranın dibində oturaq saldı. İngiltərə Rusiyanın Hindistana yaxınlaşmasından qorxmasaydı Türkmənçayla bir yerdə Təbriz, Qəzvin, Urmu da Rusiyanın tərkibinə keçəcəkdi. Rusiyanın istədiyi savaş təzminatını İngiltərə ödədi ki, Rusiyanı öz müstəmləkəsi olan Hindistandan uzaqlaşdırsın.

Fətəli şahın zamanında ilk dəfə olaraq yenidən təqlid məsələsi ortaya çıxdı. Mərcəi-
Səməd Vurğun
Səməd Vurğun
təqlidlər, yəni xalqın əxlaqı və düşüncəsi üzərində gerçək hakim olan mollalar axını qərargahlarını Nəcəfdən İsfahana daşıdılar.

Ağa Məhəmməd Xan zamanında ölkədə müctəhid yox idi. Çünki Nadir şah hamısını ya qətl etmiş, ya da ölkədən qovalamışdı.

“1835-ci ildə Fətəli şah İsfahana gedərkən 400 molla onu qarşılamışdı.” ***

___________
* İngiltərənin Təbrizdəki konsulluğunun 1826-cı il iyulun 15-də xarici işlər nazirliyinə göndərdiyi məxfi reportaj; Şücaəddin Şəfa, Min dörd yüz ildən sonra (Bə´d əz hezaro çəharsəd sal), Fərzad yayınları, II cild, s. 796.

** İngilis konsulunun reportajı 1826 iyul ayının 18-də, İngiltərə Xarici İşlər Nazirliyinin yayımlanan məxfi sənədləri, Algar kitabı, s. 89; Şücaəddin Şəfa, Min dörd yüz ildən sonra (Bə´d əz hezaro çəharsəd sal), Fərzad yayınları, II cild, s. 796.

*** Qesəs-ül üləma, s. 140; Şücaəddin Şəfa, Min dörd yüz ildən sonra (Bə´d əz hezaro çəharsəd sal), Fərzad yayınları, II cild, s. 800.



İlk dəfə olaraq Şah Təhmasib Səfəvidən sonra Qacar dönəmində Fətəli şah öz şahlığını leqallaşdırmaq üçün imam Mehdinin naibləri olan mollalardan yetki aldı.

“Fətəli şah taxta çıxdığında Nəcəfdə bulunan mərcəi-təqlid Şeyx Cəfər Nəcəfi, Fətəli şaha səltənət izni verdi və onu öz naibi olaraq duyurdu.” *

Molla Əhməd Nəraqi də dedi ki, gerçək iqtidar imam Mehdinindir. Mehdi olmadığı sürəcə də iqtidar Mehdinin naibləri olan müctəhidlərə, fəqihlərə xasdır. Lakin fəqihlər istərlərsə, iqtidarı padşaha əmanət edə bilərlər. Bu yolla da iqtidar Fətəli şaha verildi və onun şahlığı dini legitimlik qazandı. **

Tam da bu zaman molla-feodal sinfi siyasətə qatıldı. Molla-feodal sinifinin ideoloji anlamda siyasətə qatılmasını Nadir şah yasaqlasa da, Qacarlar onu geri gətirdilər. Vilayəti-fəqihin (inidki İrandakı düzənin) də əsası Qacarlar zamanında möhkəmləndi.

“Bir neçə il sonra Fətəli şahla Şeyx Cəfər Nəcəfinin ilişkiləri kəsildi. Şah ondan incimişdi. Şeyx Cəfər Nəcəfi Tehrana gəldiyində Şah vəzirinə dedi ki, onu görmək istəmirəm. Onu şahlıq sarayına buraxmasınlar. Ancaq bir neçə gün sonra Şeyx Cəfər Nəcəfi şahı görmək üçün səltənət sarayına gəldi. Onu sarayın girişində xidmətçilər qarşıladılar. Ətəyini öpdülər. Şah vəzirinə dedi ki, gəlsə də keçib sarayın bir yerində dinlənsin, ancaq onu görmək istəmirəm. Şeyx Cəfər Nəcəfi sarayın pillələri ilə qalxarkən yüksək səslə “Ya Allah” deyə bağırdı. Bu bağırtını duyan şah qapını açıb Şeyx Cəfər Nəcəfini qarşılamağa yürüdü. Onun əlindən tutaraq öz yanına apardı. Məclis sona ərdikdən sonra vəzir şahdan soruşdu ki, padşah şeyxlə görüşmək istəməmişdilər, necə oldu fikirlərini dəyişdirdilər? Fətəli şah buyurdu ki, şeyx “ya Allah” söylədiyində gördüm ki, bir əjdəha ilan mənə hücuma keçdi. İlan köksümə çökmək istəyirdi. Bu üzdən də özümdən asılı olmayaraq yerimdən qalxıb canımı qurtarmaq üçün şeyxə tərəf yürüdüm. Tam bu sırada ilan yoxa çıxdı.” ***

_________
* R. N. Boston, İran tarixində şiə, “Rəhavərd” fəslnaməsi, Losancles, sayı 39.

** Şücaəddin Şəfa, Min dörd yüz ildən sonra (Bə´d əz hezaro çəharsəd sal), Fərzad yayınları, II cild, s. 801.

*** R. N. Boston, İran tarixində şiə, “Rəhavərd” fəslnaməsi, Losancles, sayı 39; Şücaəddin Şəfa, Min dörd yüz ildən sonra (Bə´d əz hezaro çəharsəd sal), Fərzad yayınları, II cild, s. 801-802.



Böylə xurafatla ölkəni yönətdilər. Nə bir sərmayə ürətimi oldu, nə də texnologiya. Molla-Qacar birliyi kabus kimi xalqın çiyninə və şüuruna çökdü. Nadir Şahın aydınlıq əməyini Qacar-Molla birliyi bərbad etdi.

Teokratik dövlət, yəni Allah yer üzünün hakimidir və hakim Allahdır. Qacar dönəmində də mollalar və şahlar yer tanrıları olaraq xalqı sömürmüş, hətta əhalinin namusu üzərinə hakim olmuşlar.

Fətəli şahdan sonra Abbas Mirzənin oğlu Məhəmməd (1834-1848) və onun arxasınca da Nasirəddin şah (1848-1896) taxta çıxdı. Məhəmməd şah və Nasirəddin şah dönəmində elat yönətim şəklindən qalan nə vardısa yox edildi. Həm fars katiblər saraya dolduruldu, həm də bu müddət ərzində türklər də dövlət düzənində çalışa bilmələri üçün farscanı gərəkən düzeydə öyrənib fars həyat və davranış şəklinə alışdılar. Farscanın köklü bürokrasi dili olma sürəci Qacarlar dönəmində tamamlandı. Türk dili kəndlərə, köçəri həyat ortamına, bir də güncəl məişət səviyəsinə tərk edilərək mədəni ortamdan sıxlışdırılıb uzaqlaşdırlıdı.

Nəticə etibarı ilə indiki müstəqil Azərbaycan olaraq tarixə girən ölkə o zaman Qacar işğalçıları tərəfindən zəbt edilsə idi, müstəqil ölkəmiz olmayacaq və fars dili Qafqazdakı tatları da həvəsləndirəcəyi üçün rəsmi dil olacaqdı. Tariximizdə nə Axundov, nə Ü. Hacıbəyli, nə modern musiqimiz, nə H. Cavidlərimiz olacaqdı. İrani kimlik içində yox olacaqdıq. Necə ki, milyonlarca türk yox olmaqdadır. Tarix fəlsəfəsində tarixi nəticəsinə görə dəyərləndirmək lazımdır. Necə ki, Bütün İranda türk dilində son 200 ildə bir tək tarixi şəxsiyət yetişməmişdir. Azərbaycanın müstəqillik səbəbi onun Qacar qaranlıq mühitinə düşməməsi olmuşdur. Bu baxımdan S. Vurqunun yazdığı “Vaqif” dram əsəri Qacarların təmsil etdiyi zehniyətə qarşı etiraz olmuşdur. Çünkü Vaqif əsərində haqlı olaraq deyildi kimi Qacarlar fars dili və kimliyinə xidmət etdilər.
XS
SM
MD
LG