Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:25

İki azərbaycanlı yazıçı “Russkaya premiya”nın uzun siyahısında


Azər Abdulla
Azər Abdulla
-

Rusiyada keçirilən “Russkaya premiya” beynəlxalq ədəbiyyat müsabiqəsinin uzun siyahısı elan edilib.

Dünyanın 36 ölkəsindən, - Böyük Britaniya, Almaniya, ABŞ, Fransa, İsrail, Ukrayna, Belorussiya və s. – yazıçı və şairlərin qatıldığı müsabiqədə Azərbaycandan olan yazıçılar Maqsud İbrahimbəyovun “Cəhənnəmdə sərinlik. Keçid dövrünün xronikası” povesti “böyük nəsr”, Azər Abdullanın “Qəmərlidən keçən qatar”, “Gül yağışı” və “Quyruq” hekayələri isə “kiçik nəsr” nominasiyası üzrə uzun siyahıya (iyirmilik) düşüb.

Jürisində “Znamya” jurnalının baş redaktoru Serqey Çuprinin, tanınmış rus yazıçısı Qerman Sadullayev, tənqidçi Aleksandr Arxangelski, ukraynalı yazıçı Andrey Kurkovun və digərlərinin təmsil olunduğu müsabiqənin qısa siyahısı (onluq) aprelin 2-də, qaliblər isə aprelin 25-də məlum olacaq.

Müsabiqənin təşkilatçısı Rusiyada fəaliyyət göstərən "Avrasiya Araşdırmaları İnstitutu" İnkişaf Fondudur.

Müsabiqə haqqında geniş məlumatı www.russpremia.ru saytından əldə etmək olar.

Azər Abdullanın "Quyruq" hekayəsini burda oxu!
XS
SM
MD
LG