Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 03:46

Bir qrup QHT Əkrəm Əylislini məhkəməyə verir


Əkrəm Əylisli
Əkrəm Əylisli
-

Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri Vüqar Qədirovun APA-ya verdiyi məlumata görə, yazıçının Rusiyanın “Drujba narodov” jurnalında dərc olunmuş “Daş yuxular” əsəri ilə bağlı etirazını bildirən QHT-lər Əkrəm Əylislinin “Xalq yazıçısı” fəxri adının, “Şöhrət”, “İstiqlal” ordenlərinin və digər dövlət təltiflərinin geri alınması, onun Azərbaycan vətəndaşlığından məhrum olunmasını tələb edirlər.

V. Qədirovun sözlərinə görə, onun rəhbərlik etdiyi təşkilat, habelə şəhid, veteran, qaçqın və köçkün, hərbi-vətənpərvərlik sahəsində fəaliyyət göstərən onlarla digər vətəndaş cəmiyyəti təsisatı yaxın günlərdə bu məsələ ilə bağlı məhkəməyə müraciət edəcək:

“Əkrəm Əylisli xalqına iftira atmaq və həqarət etməklə təkcə azərbaycanlılara deyil, bütün insanlığa, bəşəri dəyərlərə xəyanət edib.

O, bu xəyanətin hesabını verməlidir”.
XS
SM
MD
LG