Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 03:37

AYB Əkrəm Əylisli ilə bağlı müzakirə təyin etdi


Azərbaycan Yazıçılar İttifaqının binası
Azərbaycan Yazıçılar İttifaqının binası
-

Azərbaycan Yazıçılar Birliyi (AYB) “Daş yuxular”la bağlı rəsmi mövqeyini açıqlayacaq

Azərbaycan Yazıçılar Birliyi xalq yazıçısı Əkrəm Əylislinin “Daş Yuxular” əsəri ilə bağlı müzakirənin vaxtını təyib edib. Bu barədə “Qafqazinfo”ya qurumun mətbuat xidmətinin rəhbəri Ədalət Əsgəroğlu məlumat verib. Onun sözlərinə görə, əsər gələn həftənin ikinci günü, yəni fevralın 5-də müzakirəyə çıxarılacaq. Müzakirədən sonra Azərbaycan Yazıçılar Birliyi “Daş yuxular”la bağlı mətbuata qurumun rəsmi mövqeyini açıqlanacaq.

Xatrıladaq ki, Ə. Əylislinin adıçəkilən əsəri son günlər ölkə gündəmində ən çox müzakirə olunan movzudur.

Qeyd edək ki, əsərlə bağlı rəylərə bu gün Milli Məclisin iclasında da yer verilib. Roman millət vəkilləri və parlament spikeri tərəfindən sərt tənqid olunub.

Dünən isə yazıçının evinin qarşısında bir qrup gənc aksiya təşkil etmişdi.

qafqazinfo.az
XS
SM
MD
LG