Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 03:23

Əkrəm Əylisinin Rusiyada çap edilən romanı Azərbaycanda tənqid edilir


Əkrəm Əylisli
Əkrəm Əylisli
-

Yazıçı Əkrəm Əylislinin "Daş yuxular" romanı Rusiyanın “Drujba narodov” jurnalında dərc olunub.

Jurnal erməni-Azərbaycan münasibətlərindən bəhs edən əsəri azərbaycanlı yazıçının cəsarətli addımı kimi qiymətləndirib.

"Qafqazinfo" saytı isə rusca “Kamennıye snı” adıyla çap edilmiş romanda Azərbaycanlıların aşağılandığını, ermənilərin onlara nisbətə üstün xalq kimi göstərildiyini iddia edib.

“Qafqazinfo” məsələ ilə bağlı yazıçı Ə.Əkrəm Əylislinin də münasibətini öyrənib. Yazıçı bildirib ki, əsəri rus dilinə özü tərcümə edib, lakin “Drujba narodov”da çap olunduqdan sonradan roman üzərində bəzi dəyişiliklər edilib və həmin versiya hələ işıq üzü görməyib.

Ə.Əylisli əsərə münasibət bildirərək deyib ki, qəhrəmanın dili ilə deyilənləri yazıçının ayağına yazmaq olmaz: “Əsərdə Azərbaycan xalqının ləyaqətini bir zərrə qədər də alçalda bilən söz yoxdur. Bu, bədii əsərdir, hər bir oxucu özü bildiyi kimi qavrayır. Mənim 75 yaşım var, xalqın əleyhinə yaza bilmərəm. Yazıçı Çingiz Hüseynov əsəri oxuyub və “Zerkalo” qəzetinə müsahibəsində onu estetik şedevr adlandırmışdı. Bir şey demək istəyirəm, qafqaz xalqları bir-birinə düşmən olmamalıdır, körpüləri yandırmaq olmaz. Yazıçı bildirib ki, əsəri oxuyanların təsəvvürlərində birtərəfli münasibətlər yarana bilər. Təbii ki, mövzu elə yazılıb ki, cəmiyyətdə maraq doğurmaya bilməz. Mən istəməzdim ki, əsəri oxumadan insanlar mülahizələr yürütsünlər və məni nədəsə ittiham etsinlər. Yeganə istəyim məsələyə obyektiv yanaşılmasıdır. Mənim üçün Azərbaycan xalqının ləyaqəti hər şeydən üstündür. Sadəcə bu əsəri düşmənçiliyin aradan götürülməsinə bir səy kimi qiymətləndirmək olar. Azərbaycan xalqı humanist, vicdanlı , bəşəri dəyərlərlə yaşayan bir xalqdır”.

Əsərin tərcüməsini burda oxu
XS
SM
MD
LG