Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 19:40

Zamin Hacı: "Ağ eləyiblər. Heç sovet vaxtı da Şaxta baba Brejnevə təşəkkür etmirdi"


Proqramdan sonra, Şahnaz Bəylərqızı və Zamin Hacı, 10 yanvar, 2013
Proqramdan sonra, Şahnaz Bəylərqızı və Zamin Hacı, 10 yanvar, 2013

Debata “Göyərçin” jurnalının baş redaktoru Rafiq Yusifoğlu, yazıçı Zahid Xəlil, jurnalist Zamin Hacı, Norveçdən müəllimə Mənzər Cəfərova, Rusiyadan Şahnaz Kamalova qatılıblar.

-

Rəhbərə hörmət, yoxsa yaltaqlıq? Şagirdlərə nə öyrədirlər? (Debat)

Zamin Hacı:

"Mənim uşağım gəlir ki, buna Heydər Əliyev haqda mətn hazırlamağı tapşırıblar. Mən deyirəm ki, ağzına gələni yaz, “2” al"

Zahid Xəlil:

"Mən birinci səhifədə Heydər Əliyev haqda məlumat verilməsini dərsliyin siyasiləşdirilməsi kimi qiymətləndirmirəm. Türkiyədə bütün ibtidai sinif dərsliklərində Atatürkün şəkli verilir".

"Göyərçin" jurnalının baş redaktoru Rafiq Yusifoğlu:

"Bunlar yaltaqlanmağı da bacarmırlar".

Norveçdən Mənzər Cəfərova:

"Hansisa bütə sitayiş ümumiyyətlə, norveçlilərin təbiətində yoxdur".

Sankt-Peterburqdan Şahnaz Kamalova:

"O tədbirdə heç kəs Putinə və xanımına minnətdarlıq etmədi".


Bu günlərdə Azadlıq Radiosu Bakıdakı yolka şənliklərinin birindən reportaj yayınladı, orada şaxta baba uşaqlara ölkə rəhbərlərinin onlar üçün “böyük işlər tutmasından” danışırdı.

Elə bundan tutub cavab aradıq: “Azərbaycan məktəblərinin, uşaq tədbirlərinin siyasiləşməsi normaldırmı?”

“Pen klub”un iştirakçıları: “Göyərçin” jurnalının baş redaktoru Rafiq Yusifoğlu, uşaqlar üçün çoxlu sayda kitablar müəllifi. yazar Zahid Xəlil, jurnalist Zamin Hacı.

Eləcə də Norveç məktəbində müəllimə işləyən Mənzər Cəfərova və Rusiyada müəllimlik edən Şahnaz Kamalova müqayisə üçün bu ölkələrdəki vəziyyəti anlatdılar. (mətn aşağıda)

Proqramı dinlə


"UŞAĞI BAĞÇAYA RÜŞVƏTLƏ DÜZƏLTMİŞİK"

Zamin Hacı:

- Ümumiyyətlə, bizdə uşaqları yaltaq böyütmək, uydurmalarla yemləmək dövlət siyasətidir. Həmin şənlikdə Şaxta Baba deyir ki, uşaq bağçaları açdığına görə, Mehriban Əliyevaya minnətdarıq. Hamımız bilirik ki, bu, ağ yalandır. Azərbaycanda uşaqların 25 faizinə çatacaq qədər bağça var. Mən özüm uşağımı evimdən 10 km aralıdakı bağçaya aparmağa məcburam. Çünki yaxınlıqda bağça yoxdur. Üstəlik də dövlət bağçası da olsa, uşağı ora rüşvətlə düzəltmişik. Yaxud UNİCEF-in məlumatına görə, Azərbaycanda nə qədər uşaq 1 yaşına çatmadan ölür. Uşaqlara bu cür pis
Rafiq Yusifoğlu
Rafiq Yusifoğlu
ünasibətin olduğu ölkədə durub demək ki, dövlət, prezident və onun xanımı sizin qeydinizə qalır, üzr istəyirəm, bu həyasızlıqdan başqa bir şey deyil. Bu dərəcədə ağ yalan olmaz! Bir ölkədə ki dərsliyə prezidentin qızının heç bir ədəbi dəyəri olmayan, babasına həsr etdiyi şeiri salırlar…

“O ƏYLƏNCƏNİ SİYASƏT MEYDANINA ÇEVİRMƏK ARZUOLUNMAZDIR”

Rafiq Yusifoğlu:

- O yerdə ki kloun var, o yerdə ki Şaxta Baba var, o əyləncəni siyasət meydanına çevirmək arzuolunmazdır. Gərək uşağın uşaqlığını əlindən almayasan. Amma bir məsələ var, ölkəmiz gəncdir, ölkənin çətinlikləri var, o cümlədən də uşaq tərbiyəsində. O ki qaldı, bu cür kütləvi tədbirlərə, sovet hökuməti dağılıb, ancaq sovet ab-havası hələ də qalır. Yolka şənliyi uşaq əyləncəsidir. Hər şeyin qədəri var, ölçüsü var. Baxır harda nə söhbət edəsən. Orda buna ehtiyac yox idi. Bir var uşağı iclasa aparırsan, siyasi verilişə aparırsan (uşaq iclasa getməz axı), bir də var uşaq əylənməyə, hədiyyə almağa gedir. Bu məqamda başqa söhbətin yeri deyil.

“BU ADAMLARA KİM DEMİŞDİ Kİ, ƏYLƏNCƏNİ SİYASİLƏŞDİRİN?”

Zahid Xəlil:

- Bu yaxınlarda mən də o saraydakı tədbirə oxşayan bir məclisdə olmuşam, təxminən 4 saat davam etdi. Bu müddətdə o yazıq uşaqlar yaxşı bir söz eşitmədilər, yazıçı sözü, müdrik kəlam eşitmədilər, ya bir oyun keçirmədilər. Əl Oyunları Sarayındakı təbirə gələndə isə, bu adamlara kim demişdi ki, bu əyləncəni siyasiləşdirin? Bunları məcbur edən yoxdur. O ki qaldı, bizim respublikada uşaqlar üçün şəraitin olub-olmamasına. Buna birtərəfli yanaşmaq düz deyil, ədalətli olmaq lazımdır. Mahnı müsabiqələri, muğam müsabiqələri keçirilir, bundan sonra nə qədər istedadlı uşaqlar üzə çıxır. Ancaq əlbəttə ki, yaltaqlıq etməyin tərəfdarı deyiləm.

“O QƏDƏR İSTEDADSIZDIRLAR Kİ, YALTAQLANMAĞI BACARMIRLAR”

Şahnaz B:

Şahnaz Bəylərqızı
Şahnaz Bəylərqızı
- Azərbaycanda orta məktəb dərsliklərinin siyasiləşməsi haqda tənqidlər səslənir. Məsələn, birinci gün dərsə gedən uşağa Heydər Əliyev haqda, İlham Əliyev haqda bilgi verilir. Bu nə dərəcədə düzgündür?

Zamin H:

- Mən buna pis baxıram, əlbəttə. Birinci sinfin uşağına əlifba öyrədilməlidir. Birinci sinif uşağının anlayışı yoxdur dövlət nədir, dövlət başçısı, dövlət quruculuğu nədir? Hətta sovet dövründə də bu qədər ağını və şitini çıxarmamışdılar. Mənim yadıma gəlmir ki, sovet dövründə Şaxta Baba Brejnevə minnətdar olduğunu desin. Axı demirdilər ki, uşaqlara yaratdığı şəraitə görə Qalina Brejnevaya minnətdarıq. Amma Mehriban Əliyevaya minnətdarlıq edilir.

Rafiq Y:

- Şaxta Baba haqqında deyilən bir məsələ məni düşündürür. Bunlar o qədər istedadsızdırlar ki, yaltaqlanmağı da bacarmırlar, bilmirlər necə yaltaqlansınlar. Eşitdim o tədbirdə Şaxta Baba uşaqlara deyib ki, yolkanın qanadına pul bağlayın. Bu məni çox tutdu. Deməli, bu adamları uşaqları əyləndirmək yox, yolkanın üstündən asılan pul maraqlandırıb.

Zahid X:

- Mən dərsliklərin birinci səhifəsində Heydər Əliyevin şəklinin və haqqında məlumat verilməsini dərsliyin siyasiləşdirilməsi kimi qiymətləndirmirəm. Türkiyədə bütün ibtidai sinif dərsliklərində Atatürkün şəkli verilir, özü də tək şəkli yox, onun nəsli-nəcabəti haqda məlumat da. Mən bunun tərəfdarıyam. Bu ölkənin yaradıcılarını, böyük
Zahid Xəlil
Zahid Xəlil
əxsiyyətlərini uşaqlar tanımalıdırlar. O ki qaldı, dərsliyə təsadüfi şeirlərin salınmasına, dərsliklər Təhsil Nazirliyindən kənarda, ayrı-ayrı qruplar tərəfindən hazırlanır. 5-ci sinifdə bir fakt tapıb bunu nazirliyin və ya prezidentin adına yazmağımız düz deyil. O şeir layiqsizdirsə, lüzumsuzdursa, gərək salmayaydılar, bu, müəlliflərin qüsurudur.

Zamin H:

- Türkiyədəki dərsliklər də bizə örnək olmamalıdır. Beş-altı il öncə məşhur ensiklopediya müşavirəsi olmuşdu. O zaman İlham Əliyev İsmayıl Vəliyevi təhqiramiz şəkildə iclasdan qovdu ki, sən niyə Vəzirovun adını bura salmısan? Ölkədəki dərslik siyasətinin də əsasını bu qoyur. Prezidentin bu cür hərəkətini görən həmin müəlliflər dərsliyi ayrı necə yazacaqdılar?.. Məncə, dərslik siyasətinə müqavimət göstərməyin yolları var. Məsələn, mənim uşağım gəlir ki, buna Heydər Əliyev haqda mətn hazırlamağı tapşırıblar. Mən deyirəm ki, ağzına gələni yaz, “2” al, mən səni buna görə mükafatlandıracam. Mən ona izah edirəm ki, qurtuluş olubsa, hanı ölkənin 20 faizi? Hanı 20 ildə görülən işlər? İroniya ilə yanaşmaq lazımdır. Mən hərdən “Cırtdan” nağılını uşağıma danışanda deyirəm ki, indi Heydər Əliyev gəlib divə bir kəllə vuracaq, div yıxılacaq və Cırtdan xilas olacaq. Yaxud da deyirəm ki, uşaqlara Cırtdanın nənəsi yox, Mehriban Əliyeva yaxmac verəcək. Budur da bunların siyasəti və bura gəlib çıxır.

“NORVEÇ MƏKTƏBLƏRİNDƏ HƏR HANSI ŞƏXSƏ SİTAYİŞ LAZIM BİLİNMİR”

Şahnaz B:

- Söhbətimizə Norveçdə müəllimə işləyən Mənzər Cəfərova qoşulur. Norveç uşaqları kimə minnətdarlıq edirlər? Onları da məktəbdə və ya şənliklərdə yönləndirirlərmi?

Mənzər Cəfərova:

- Yox, yox. Qəti şəkildə elə şey yoxdur. Norveç məktəblərində uşaqların formalaşmasında hansısa şəxsə sitayiş lazım bilinmir. Hansisa bütə sitayiş ümumiyyətlə, norveçlilərin təbiətində yoxdur. Burda heç kəs tənqiddən kənar qala bilməz. Hətta kral, kral ailəsi üzvlərinin bir addımı, çıxışı tənqid hədəfi ola bilər. Ümumiyyətlə, dərslərdə siyasət yoxdur. Seçki haqqında, siyasi partiyalar haqqında bilgi verilir. Ola bilər ki, sinifdə uşaqlar qruplara ayrılıb partiyalar haqda, onların vədləri haqda fikir mübadiləsi aparsınlar…

Norveç xristian ölkəsidir. Əvvəllər fənn var idi: “Xristianlıq, həyat baxışları və etika”.
Şahnaz Kamalova
Şahnaz Kamalova
mma zaman keçdikcə, Norveçin etnik tərkibi dəyişir, mühacirlər gəlir. Buna görə də artıq həmin fənni “Din, həyat baxışları və etika” adı ilə öyrədirlər. Bütün dinləri uşaqlara təqdim edirlər. Bütün hallarda Norveçdə tədris, təlim, təhsil tərəfsizdir.

“ORDA HEÇ KİM NƏ PUTİNƏ, NƏ DƏ XANIMINA TƏŞƏKKÜR ETDİ”

Sankt-Peterburqdan Şahnaz Kamalova:

- Bizim Azərbaycan diasporasının bazar günü məktəbləri var. Dekabrın 28-də bizim də şənlik oldu. Amma o şənlikdə heç kimə minnətdarlıq edilmədi. Şənliyin təşkil edənlərin adı da çəkilmədi. Belə də olmalıdır. Mən Yeni ildə şəhərdəki tədbirlərdə də iştirak etdim. Orda heç kim nə Putinə, nə onun xanımına təşəkkür etdi. Yəni körpələrdə yaltaqlıq hissini təbliğ etmirlər, aşılamırlar. İkincisi, bizim xaricdə dövlət hesabına oxuyan tələbələrimiz var. Onların bir neçəsi ilə ünsiyyətdə olmuşam. Mən onlara bir şeyi başa sala bilmirəm: dövlət hesabına xaricdə oxumağınız o demək deyil ki, konkret şəxslərə minnətdar olmalısız, özünüzü onlara borclu saymalısız. Onlar Azərbaycan dövlətinə, xalqına minnətdar olmalıdır, hakimiyyətə yox. Təəssüf ki, hələ çox azında bu yanaşma yoxdur...

Proqramı izlə
XS
SM
MD
LG