Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 03:32

«Human Rights Watch»dan hökumətə çağırışlar


20 oktyabr aksiyası
20 oktyabr aksiyası
-
BMT-nin dəstəyi ilə Azərbaycanda İnternet İdarəçiliyi Forumu keçirilir.

«Human Rights Watch» təşkilatı isə bu arada yeni hesabatını açıqlayıb. Hesabatda deyilir ki, foruma ev sahibliyi edən bir ölkədə 8 jurnalist və 3 hüquq müdafiəçisi həbsdədir. O cümlədən, ifadə azadlığı kəskin məhdudlaşdırılıb.

MƏHBUS JURNALİST VƏ FƏALLAR AZADLIĞA BURAXILSIN

Təşkilat yazır ki, Azərbaycan hökuməti belə bir imkandan yararlanaraq məhbus jurnalist və fəalları azadlığa buraxmalıdır. «Human Rights Watch» ölkə rəhbərliyini böhtana görə cinayət təqibini ləğv etməyə və müxalifətin paytaxt Bakının mərkəzində aksiya keçirməsinə imkan yaratmağa çağırır.

İnternet İdarəçiliyi Forumu noyabrın 6-dan 9-na kimi Bakıda keçiriləcək. BMT-nin Baş katibinin çağırışıyla keçirilən illik toplantıda internetlə bağlı dövlət siyasəti məsələləri müzakirə edilir. Müzakirələrdə hökumətlər, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri bir araya gəlir.

HEÇ BİR QİSAS QORXUSU OLMADAN

«Bir ideya kimi İnternet İdarəçiliyi Forumu insan inkişafına imkan yaradılmasında internet texnologiyalarının rolunu qəbul edir. Amma bu potensialı bütünlükdə reallaşdırmaq üçün Azərbaycan hökuməti öz vətəndaşlarına fikirlərini heç bir qisas qorxusu olmadan online və offline ifadə etməsi üçün şərait yaratmalı və qorumalıdır», -
Giorgi Gogia
Giorgi Gogia
deyə «Human Rights Watch» təşkilatının Cənubi Qafqaz üzrə baş tədqiqatçısı Giorgi Gogia bildirib.

Hesabatda deyilir ki, bir çox hallarda tədqiqatçı jurnalistika və fəal siyasətlə məşğul olduqlarına görə jurnalistlər, hüquq müdafiəçiləri və siyasi fəallar qisas xarakterli saxta ittihamlarla həbs edilir.

BAN Kİ-MOON NƏ ETSİN

«Human Rights Watch» təşkilatı bildirir ki, İnternet İdarəçiliyi Forumunun rəsmi çağırışçısı kimi BMT-nin baş katibi Ban Ki-Moon Azərbaycan hökumətinə insan hüquqları ilə bağlı üzərinə götürdüyü öhdəlikləri xatırlatmalıdır.

Təşkilat həmçinin tədbirdə iştirak edən müxtəlif hökumətlərin nümayəndələrinə müraciət edib ki, onlar Azərbaycanda ifadə azadlığı ilə bağlı narahatlıqları birbaşa Azərbaycan rəsmilərinə çatdırsınlar.

«Keçirilən bu forumun mandatına internet idarəçiliyində vətəndaş iştirakının gücləndirilməsi məsələsi daxildir. Buna nail olmağın ən uğurlu yolu ölkədə insan hüquqlarının yaxşılaşdırılmasıdır», - deyə G.Gogia bildirib.
XS
SM
MD
LG