Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 17:04

İcazəsiz aksiyalara görə cərimələr 30 dəfə artırıldı [Video]


İctimai Palata qanunsuz sayılan aksiyalara görə cərimələrin artırılmasına etiraz edir
Gözlə

No media source currently available

0:00 0:02:35 0:00

İctimai Palata qanunsuz sayılan aksiyalara görə cərimələrin artırılmasına etiraz edir

-
Parlament noyabrın 2-də razılaşdırılmamış kütləvi aksiyalara görə sanksiyaları və cərimələri artıran qanun layihəsini qəbul edib.

Deputat Rafael Cəbrayılovun hazırladığı layihə iki parlament komitəsinin müzakirəsindən sonra oktyabrın 23-də Milli Məclisin plenar iclasına tövsiyə olunmuşdu.

İCTİMAİ PALATANIN ETİRAZI

Həmin sənədin müzakirəyə çıxarılmasından bir neçə saat əvvəl isə İctimai Palata Milli Məclisin qarşısında aksiya keçirib. Yağmurlu hava şəraitinə baxmayaraq, qruplara bölünən etirazçılar Texniki Universitetin və 20 saylı orta məktəbin yanından parlamentə doğru yürüş ediblər.

Onlar sərbəst toplaşma azadlığının məhdudlaşdırılması və mitinq cərimələrinin dəfələrlə qaldırılması əleyhinə şüarlar səsləndiriblər.

AZI 500, ƏN ÇOXU 30 000 MANAT

İnzibati və Cinayət məcəllələrinə təklif edilən dəyişikliklərdə icra hakimiyyəti ilə razılaşdırılmamış aksiyalara görə iştirakçıların 500 manatdan 1000 manatadək cərimə olunması nəzərdə tutulur. Təşkilatçı vəzifəli şəxsdirsə, (siyasi partiyanın rəhbəri və ya funksioneri), o, 3000 manatdan 6000 manatadək cərimə ediləcək.

Yeni dəyişiklikdə təşkilatçı hüquqi şəxs olarsa, onun 15 min manatdan 30 min manatadək cərimə edilməsi istənilir. Dəyişikliklərdən əvvəl Azərbaycanda bu cərimələrin maksimum həddi 500
Əli Hüseynov
Əli Hüseynov
manat idi.

«CƏRİMƏ ELƏ YÜKSƏK OLMALIDIR»

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov layihənin hələ komitə iclasında müzakirəsindən sonra cərimələrin artırılmasını müdafiə etdiyini demişdi:

«Bu sanksiyalar heç yaşayış minimumuna uyğun olmalı da deyil. Digər heç bir ölkədə də uyğun deyil. Əks halda, sanksiya öz məqsədinə çatmaz. O, elə bir səviyyədə olmalıdır ki, vətəndaşı həmin xətadan çəkindirsin».

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli isə hesab edir ki, minimum əməkhaqqı 93 manat olan ölkədə cərimənin belə yüksək həddə qaldırılması aksiya iştirakçılarına psixoloji basqıdır. Onun fikrincə, hakimiyyət bununla vətəndaşa xatırladır ki, o, razılaşdırılmayan aksiyanın təşkilatçısı və ya iştirakçı olsa, bu qədər ziyana düşəcək.

«BU, 2013-CÜ İLƏ HESABLANMIŞ CƏRİMƏ ARTIMIDIR»

AXCP sədrinin müavini Həsən Kərimov isə düşünür ki, hakimiyyət belə bir dəyişikliyi qəbul etməklə Konstitusiyanın 49-cu maddəsini
Həsən Kərimov
Həsən Kərimov
pozub:

«Bu maddədə qeyd edilir ki, piket, küçə yürüşləri ilə bağlı müvafiq icra orqanlarına xəbərdarlıq olunmalıdır. Biz də həmişə öz aksiyalarımızla bağlı əvvəlcədən belə bir xəbərdarlığı edirik».

Həsən Kərimovun fikrincə, 2013-cü ildə narazılıqların artmasından ehtiyatlanan hakimiyyət bununla adamları aksiyalardan çəkindirməyə çalışır:

«Bu artımla hakimiyyətin siyasətindən narazı olan kasıb insanları qırmaq, qorxutmaq istəyirlər. Amma bu cərimələrin yüksək həddi bizi qorxuda bilməyəcək».

BAŞQA ÖLKƏLƏRDƏ CƏRİMƏLƏR

İlkin araşdırmalarımıza görə, razılaşdırılmayan aksiyalara görə ən yüksək cərimə İsveçrədədir. Orta aylıq əməkhaqqının 7 000 dollardan çox olduğu bu ölkədə 100 000 dollara qədər cərimə nəzərdə tutulur. Orta aylıq əməkhaqqının 840 dollar olduğu Rusiyada isə cərimələr bu ilin iyununda 9000 dollaracan artırılıb.

ABŞ-da aksiyalarda silahla, yaxud silah kimi istifadə oluna bilən əşyalarla iştiraka görə 10 il həbs cəzası, gediş-gəlişə mane olmaya görə isə 3 min dollaradək cərimə müəyyən edilib.
XS
SM
MD
LG