Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:07

H. Əliyev heykəlinin 99 il Meksikada qalması nəzərdə tutulur


Meksika paytaxtında Heydər Əliyevin heykəli
Meksika paytaxtında Heydər Əliyevin heykəli
-

Meksika paytaxtının hökuməti şəhər bulvarlarının birində Heydər Əliyevin heykəlinin yerləşdiriməsi tarixçəsini araşdıracaq. Mexika bələdiyyəsi 3 nəfər alim və ekspertdən iabrət komissiya yaradıb ki, Heydər Əliyevin şəxsiyyəti ilə bağlı irəli sürülən etirazları bir daha nəzərdən keçirsin.
Meksika bələdiyyəsinə istinadən AP agentliyinin yaydığı xəbərdə bildirlir ki, heykəl Azərbaycanın Meksikadakı səfriliyi tərəfindən ucaldılıb. Qeyd edilir ki, bu, səfirliyin Mexikadakı təmir xərclərinin bir qismini boynuna götürəndən sonra mümkün olub.
Heykələ etiraz edənlərin əsas arqumenti Heydər Əliyevin şəxsiyyəti ilə bağlıdır. Onlar hesab edirlər ki, əvvəl Sovet dövrünün kommunist, sonra da müstəqil Azərbaycanın avtroitar lideri olan bir şəxsin heykəlini təhqir kimi qəbul edirlər.
AP şəhər bələdiyyəsinin departament rəhbəri Felipe Leal-da sitat gətiri ki, komissiya bu məsələyə “obyektiv və tənqidi nəzər salaraq, məsələninhəlli ilə bağlı məsləhətlər hazırlayacaq”.
Daha sonra xəbərdə Azərbaycan səfriliyinin katibi mövqeyi açıqlanır. O deyir ki, heykəl ləğv olunsa Meksika paytaxtı problemlərlə üzləşə bilər.
“Parkdakı layihə ilə bağlı müqavilədə Heydər Əliyev heykəlinin 99 il burada qalması haqda maddə də var” – deyə Azərbaycan səfirliyinin katibi kimi təqdim olunan Manuel Luna bildirib və əlavə edib ki, məsələ tərəflər arasındakı diplomatik münasibətlərə də təsir edə bilər.
Yazıda qeyd olunur ki, Meksika paytaxtında Xocalı faciəsinə həsr olunmuş daha bir heykəl icaldılıb ki, buna da şəhərin erməni icması etiraz edir və bildirir ki, Xocalıda baş verənlərlə 1915-ci ildə ermənilərin kütləvi qətlini eyniləşdirmək düzgün deyil.
XS
SM
MD
LG