Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:59

20 oktyabr etirazları həbslərlə nəticələndi

Oktyabrın 20-də Bakıda etiraz aksiyası keçirmək istəüyən gənclərin cəhdləri kütləvi həbslərlə nəticələndi. Fəvvarələr Meydanı və Müsavat partiyasının qərargahı polis nəzarətinə götürülmüşdü. Özünü təqdim etməyən mülki geyimli şəxslər müxalifətçilər arasında həbslər aparırdı. Günün sonunda həbs olunanlar haqda məhkəmə hökmləri çıxarıldl. Hadisələrin gedişini izləyən müxbirlərimiz Bakının müxtəlif nöqtələrindən xəbər verirdilər. Bu xəbərləri oxumaqla, foto və videolara baxmaqla 20oktyabr etirazları haqda özündə tam təsəvvür yarada bilərsən. Səndə də maraqlı xəbər, foto və ya video varsa, bizimlə bölüşməyi unutma

22:35 20.10.2012
NİDA Gənclər Hərəkatından 3 nəfər saxlanıb.

Onlardan biri haqqında 7 sutka həbs qərarı verilib.

Azad Gənclər Təşkilatının sədri də eyni müddətə azadlıqdan məhrum edilib.

Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn, «Yeni Müsavat» qəzetinin hüquqşünası Vaqif Hüseyn, bitərəf Nicat Muxtarov və «Baku news» internet televiziyasının əməkdaşı Elçin Əliyev xəbərdarlıqdan sonra sərbəst buraxılıb.
22:23 20.10.2012
MÜSAVAT SAXLANANLARIN SİYAHISINI AÇIQLAYIB

Müsavat Partiyası oktyabrın 20-də Fəvvarələr Meydanında «Parlament buraxılsın!» tələbilə keçirilən aksiyada saxlanılan partiyası üzvlərinin siyahısını yayıb.

Həmin siyahıda 58 nəfərin adı yer alıb. Onlardan 34 nəfəri xəbərdarlıqdan, 22 nəfəri isə 11 manatdan 22 manata qədər cərimə edildikdən sonra sərbəst buraxılıb.

3 nəfər haqqında 7-10 sutka inzibati həbs qərarı çıxarılıb.
21:44 20.10.2012
Fəvvarələr Meydanı

Polis gənc müxalifətçilərə qarşı
Gözlə

No media source currently available

0:00 0:04:37 0:00
21:27 20.10.2012
AKSİYAÇILARI QOBUSTANA APARIBLAR

Aksiyada saxlanan 20 AXCP üzvü Qobustana aparılıb. Partiyadan verilən məlumatda belə deyilir:

«Cəbhəçiləri aparıb dağlıq yerdə sərbəst buraxıblar. İndi payı-piyada şəhərə doğru gəlirlər».


AXCP sədrinin mühafizəçisi Bəhruz Həsənov və bitərəf Ülvi Quliyev 8 sutka həbs alıblar.

***

Müsavat Gənclər Təşkilatının sədr müavini Əhəd Məmmədli 10 sutka azadlıqdan məhrum edilib.

Əhəd Məmmədli İctimai Palatanın ötən ilki aprel aksiyası zamanı həbs olunmuşdu. O, yaxınlarda azadlığa buraxılıb.

«Yeni Müsavat» qəzetinin hüquqşünası Vaqif Hüseyn isə xəbərdarlıq edilərək sərbəst buraxılıb.

***

Müsavat Gənclər Təşkilatının sədri Tural Abbaslı 10 sutka həbs cəzası alıb.
Müsavat üzvü Hamlet Səfixanlı isə 25 manat cərimə olunaraq sərbəst buraxılıb.

***
Müsavat başqanı İsa Qəmbərin oğlu, NİDA hərəkatının üzvü Turqut Qəmbərə 7 sutka həbs verildi.

***

Müsavat üzvü Mustafa Hacıbəyli xəbərdarlıq edilərək məhkəmədən buraxılıb.

Davamı

XS
SM
MD
LG