Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:16

Qarabağ haqda erməni filmi “Oskar”a namizəd oldu (VİDEO)


-


Ermənistanda çəkilmiş “Əgər hamı...” filmi “Oskar” mükafatına namizəd oldu.

Onu “Ən yaxşı xarici film” nominasiyasında iddialılar siyahısına daxil ediblər.

Amerika Kino Akademiyasının uzun siyahısına salınmış sözügedən film Saratovda yaşayan rus qızı Saşanın Ermənistana səfəri haqdadır.

Onun atası Qarabağ müharibəsində həlak olub və qız atasının məzarı üztündə ağac əkmək istəyir.

Amma məzar Azərbaycanın nəzarəti altında olan ərazidədir...

Filmin namizədliyini “Oskar” mükafatına Ermənistanın Milli Kinoakademiyası irəli sürüb.

Filmin rejissoru Natalya Belyauskene, ssenari müəllifləri Tereza Varjapetyan və Mikael Poqosyandır (o həm də baş rolu ifa edir).

Saşa rolunu rusiyalı aktrisa Yekaterina Şitova ifa edir.

Qısa siyahı 2013-cü il yanvarın 10-da açıqlanacaq.

Vesti.az xəbər verir ki, Azərbaycanda bəzi fəallar bunu “Azərbaycan torpaqlarının işğal edilməsi və dinc sakinlərin öldürülməsi haqda susan və müharibə həqiqətlərini təhrif edən” təbliğati film kimi qəbul edərək Facebook-da onun əleyhinə kampaniya başlayıblar.

Filmin treyleri
XS
SM
MD
LG