Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 23:47

Nigar Duyğu. Bir sözün yetər


-

Bir sözün yetər

Bircə sözün yetər, sənə gələrəm,
Sənli günlərimi qoxumaq üçün.
Misraya dönərəm , şeirə dönərəm,
Özlədiyində məni oxumaq üçün.

Bircə sözün yetər nura dönərəm,
Gözünə mələk görünmək üçün.
Çiçəyə dönərəm, gülə dönərəm,
Hər sabah sevgiylə öpülmək üçün.

Bircə sözün yetər, bala dönərəm,
O şirin ləbinə qovuşmaq üçün.
Günəşə dönərəm, aya dönərəm,
Səni səmalardan soruşmaq üçün

Bircə sözün yetər, quma dönərəm,
Ayağın altına sovrulmaq üçün.
Tikana dönərəm, daşa dönərəm,
Səni yad gözlərdən qorumaq üçün.

Bircə sözün yetər gözə dönərəm,
Axan göz yaşını qurutmaq üçün.
Nəğməyə dönərəm, sözə dönərəm,
Səni qucağımda uyutmaq üçün.

Damarda dolaşan qana dönərəm,
Ruhumla ruhuna qovuşmaq üçün.
Anılan mənalı ana dönərəm,
Kövrək duyğularında yaşamaq üçün.

Ən zərif, ahəngli rəngə dönərəm
Səni xəyallara daldırmaq üçün.
Səmanı şəfəq tək mən bürüyərəm.
Səni zirvələrə qaldırmaq üçün.
XS
SM
MD
LG