Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:41

Elmar Məmmədyarov İranda həbsdə olan şairlərlə bağlı narahatlığını bildirib


Elmar Məmmədyarov
Elmar Məmmədyarov
-
Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov İranda həbsdə olan azərbaycanlı şairlərlə bağlı narahatlığını İranın Xarici İşlər nazirinin müavini Seyed Abbas Araqchi'yə çatdırıb. S.A.Araqchi avqustun 24-də Bakıya rəsmi səfər edib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi xəbər verir. Bildirilir ki, nazir şairlərin həbsini Azərbaycan xalqı üçün ciddi narahatedici məsələ adlandırıb. E.Məmmədyarov qısa müddətdə bu məsələnin müsbət həllinə ümidvar olduğunu bildirib.

S.A.Araqchi isə ölkəsinin Azərbaycanla münasibətlərə böyük önəm verdiyini, Azərbaycanın müstəqilliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşdığını deyib.

İranlı diplomat ölkəsində baş vermiş zəlzələ ilə bağlı göstərdiyi humanitar yardıma görə Azərbaycana minnətdarlığını da bildirib.

Poeziya festivalında iştirak etmək üçün İrana səfərə yollanmış şairlər Fərid HüseynŞəhriyar Hacızadə mayın 2-də İranda həbs olunublar.
XS
SM
MD
LG