Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:01

Murad Köhnəqala: “Hara baxırsan təsbeh və seyid şəkilləridir”


Murad Köhnəqala
Murad Köhnəqala
-

"Pen klub” proqramının qonağı şair Murad Köhnəqaladır. DİNLƏ


CÜMLƏ QURA BİLMƏYƏNLƏR HAQDA

- Ədəbiyyat yeraltı axınlar kimidir. Bir də görürsən biri elan eləmir, amma bir ildən sonra ortaya bir roman qoyur. Deyim ki, gənclərin roman janrından qorxmamağı çox yaxşıdır. Düzdür, elə gənclər var ki, cümlə qura bilmir, amma roman yazır. Nə olsun, əvvəl-axır cümlə də yazacaq…

ƏDƏBİ FİLTR LAZIMDIRMI?

- Lazım bilmirəm. Məsələn, bir adamın romanından 3 cümləni, lap bir səhifəni oxuyan kimi bilirəm ki, bu adam yaza bilir, ya yox. Belə müəllif oxucu itirir. Ona görə filtr də onun özü olmalıdır? Yəni bunu oxucu tənzimləməlidir. Yazıçı bir zavod kimidir, axırda bir məhsul buraxmalıdır. İndi nəsrdə cümlə və yaxud dialoq qura bilməyənlər çoxdur. İndi bizdə bədii ədəbiyyatla publisistikanın sərhəddi çox pozulub. Bədii dil publisistikada olsa yaxşıdır. Amma bədii ədəbiyyatda publisistikanın qabardılması yol verilməzdir...

TƏSBEHLƏR VƏ SEYİD ŞƏKİLLƏRİ

- Vulqar sözlərin işlədilməsini deyirsiz? Bunun tərəfdarıyam. Hissləri açıq yazmaqda pis nə var ki? Kim xoşlamır, oxumasın. Hamı söyüş eşidir. Bədii əsərdə indi personajın dilindən söyüş eşidiləndə nə olar, dünya dağılmır ki? Əslində indiki Azərbaycan cəmiyyətində daha çox basqı var. Çadra geyinməyən qadını az qalır avtobusdan düşürsünlər. Burda İranın kütbeyin qoşunu yaranıb, baxırsan, hər yerdə dini ləvazimatlar satılır. Metroya girirsən, hər yerdə təsbehdir, seyid şəkilləridir. Küçələri keçirsən, moizə oxuyurlar. Bir dəfə dini mahnılar satılan bir mağazaya girdim, dedim, Azərbaycan himni varındımı? Dedi ki, var. Soruşdum, oxuda bilərsən, dedi, yox, qorxuram. Belə bir cəmiyyətdə açıq söz demək istəyən adamı daşqalaq edərlər…

Proqramı tam şəkildə dinlə
XS
SM
MD
LG