Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 22:32

Ədalət Əsgəroğlu. Zülmü pərdə-pərdə sinəmə hördüm...


-

Zülmü pərdə-pərdə sinəmə hördüm,
Pərişan könlümü badəli öydüm.
Dərdləri dərbədər, dağınıq gördüm
Yığıb dəst eyədim, ay aman, aman...

Açdım pəncərəni güllərə sarı,
Gördüm bir gözəli al, yaşıl, sarı...
Sanki ağ zanbaqdı beldən yuxarı,
Durub səs eylədim, ay aman, aman...

İlk sözüm gümüşü sulara düşdü,
Məni fağır bildi, qızlar gülüşdü.
Aylar yava gəldi, illər ötüşdü,
Cana qəsd eylədim, ay aman, aman.

Qəm yükü üstündə pərdələr güllü,
Fələyin çərxidi, fırlanır bəlli...
Yazı yazan bilir, yaş olur əlli,
Ömrü məst eylədim, ay aman, aman...
XS
SM
MD
LG