Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 22:20

Ədalət Əsgəroğlu. Hara aparırsan, hara dalınca?


-


Bir dam qaraltmadım əl içi boyda,
Əlim paralandı, para dalmca.
Dərdi haçalayan bu yava yolda,
Elə yara aldım yara dalınca.

Zülmü boy verməyən bəladı andır,
Dibini görən yox, qızılca qandır.
Sinəm qan-qan deyir, demə qiyamdır,
Dilim baldan şirin bala dalınca.


Fələyin qəminə can çürüdəndən,
Qəmi qəmə qoyub, söz kiridən mən.
Dərdi dərd eyləyib, çıxıb gedəsən,
O da qara tökə, qara dalınca.

Sənin, Əsgəroğlum, gedişin bəlli,
Didirsən yaxamı niyə beşəlli?
Özün lap gora get, bu tifilləri,
Hara aparırsan, hara dalınca?
XS
SM
MD
LG