Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 17:51

Əvəz Zeynalı məhkəmədə həbsinin arxasında Ramiz Mehdiyevin dayandığını söylədi..


Əvəz Zeynallının məhkəməsi olub
Gözlə

No media source currently available

0:00 0:02:43 0:00
Direct-ə keçid

Əvəz Zeynallının məhkəməsi olub

-
Avqustun 1-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə «Xural» qəzetinin həbsdə olan baş redaktoru Əvəz Zeynallının məhkəməsi davam edib.

Prosesdə şahid qismində Nərimanov rayon İcra Məmurları Şöbəsinin rəisi Kamal Əliyev və şöbənin böyük icra məmuru Müşfiq Əlirzayev ifadə verib.

Kamal Əliyev ifadəsində göstərdi ki, Əvəz Zeynallı müğənni Nüşabə Ələsgərliyə təzminatı ödəsə də, qəzetdə təkzib verməyib. «Azərbaycan» nəşriyyatının direktoru Ağabəy Əsgərova ödəməli olduğu 1000 manat təzminatın isə 332 manatını ödəməyib.
Onlar məhkəmə icralarının yalnız dörd məhkəmə qərarı ilə əlaqədar həyata keçirildiyini bildirdilər. Yalnız üç iddiaçının - müğənni Nüşabə Ələsgərlinin, «Azərbaycan» nəşriyyatının direktoru Ağabəy Əsgərovun və KİV-ə Dövlət Dəstəyi Şurasının rəhbəri Vüqar Səfərlinin adını çəkdilər.

«İDDİAÇININ BİRİ DƏ RAMİZ MEHDİYEV OLUB»

Əvəz Zeynallı:

- Bir iddiaçı da olub, yaxşı-yaxşı fikirləşin.

Şahid Kamal Əliyev:

- Düzdür. İddiaçının biri də Ramiz Mehdiyev olub.

Əvəz Zeynallı:

- Bəs bunu niyə gizlədirsiniz? Bayaqdan niyə onun adını çəkmək istəmirsiniz?

Şahid:

- Yadımdan çıxmışdı.

Əvəz Zeynallı:

- Elə işlərin başında dayanan odur, birinci onun adını çəkməli idiniz.

Bundan sonra Kamal Əliyev məhkəməyə bildirdi ki, daha bir iddiaçı Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev olub. Onun iddiası əsasında çıxarılmış məhkəmə qətnamələri əsasında redaksiyanın əmlakı müsadirə olunub.

Əvəz Zeynallı:

- İcra məmurlarının işdə olan ifadələrinə baxıram, hamısı eyni formada yazılıb. Cümləsinə, nöqtəsinə, vergülünə kimi eyni yazılıb. Sadəcə bunlara ifadələrin altına bir-bir imza atdırıblar.

Kamal Əliyev:

- Biz ifadələrimizi qanun çərçivəsində vermişik.

3 ŞAHİD QALDI...

Şahidlərin ifadələrində ziddiyyətlər aşkarlandığından məhkəmə 3 saat ərzində cəmi iki şahid dindirə bildi. İş vaxtı bitdiyinə görə dəhlizdə gözləyən digər üç şahidin dindirilməsinə vaxt çatmadı.
Rəşid Hacılı
Rəşid Hacılı
Sonra hakim elan etdi ki, hakim heyəti məzuniyyətə getdiyinə görə məhkəmə iclasları qeyri-müəyyən vaxtadək təxirə salınır.

«MƏHKƏMƏDƏ ƏVƏZ ZEYNALLININ ƏDALƏTLİ MÜHAKİMƏ OLUNMAQ HÜQUQLARI POZULUR»

Məhkəmədə baş redaktorun nümayəndəsi olan Media Hüquqları İnstitutunun direktoru Rəşid Hacılı AzadlıqRadiosuna deyib ki, iclasların gedişinə həbsin sifarişli olduğu özünü daha qabarıq göstərir:

«Məhkəmədə Əvəz Zeynallının həbsi ilə bağlı ciddi fakt göstərilmir. Şahidləri, zərərçəkənləri dinlədikcə, bir daha üzə çıxır ki, epizodlar, şahidlər tələm-tələsik mərkəzdən alınmış tapşırıq əsasında toplanıb, şahidlər də sonradan əmələ gəlib, sənədlər də sonradan yığılıb. Ümumi bir sifarişin nəticəsi olub. Əvəz Zeynallının jurnalist fəaliyyəti və qəzetin tənqidi mövqeyi ilə bağlı olub. Məhkəmədə Əvəz Zeynallının ədalətli mühakimə olunmaq hüquqları pozulur, şahidlər vaxtlı-vaxtında məhkəməyə gətirilmir, iş materiallarının surətləri ona verilmir. Bunlar hamısı ciddi qanun pozuntusudur».

Əvəz Zeynallı 28 oktyabr 2011-ci ildə deputat Gülər Əhmədovadan pul tələb etməkdə ittiham olunub. Sonradan ona qarşı daha bir neçə iddia irəli sürülüb. Lakin hüquq müdafiəçiləri bu həbsi siyasi sifariş sayırlar.
XS
SM
MD
LG