Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 23:12

Türkan Urmulu. Sevgi toxumunu ürəyimə bir baxışınla əkdin


-

Sevgi toxumunu ürəyimə
bir baxışınla əkdin
sonra da getdin
gəbə qaldı yalnız ürəyim
bilmədin!
yeriklədim dodaqlarına
yeriklədim əllərinə
yeriklədim gülüşünə
baxışına
səsinə
yeriklədim
yeriklədim
yeriklədim
gecəler boyu ərkək qoxuna
nəfəsinə ...
bilmədin!
dəfələrcə qusdum
bulandım
yoruldum
gündən günə ağırlaşdım
hərdən də bir yıxıldım
amma qalxdım
çünkü söküb ata bilmədim ürəyimdən
qıya bilmədim ona
o ən məsum yasağıma!
nəysə qərarliyam mən
toxunmayacayam ona
qalsın dursun elə orda
mənə haram olsa da
onu doğammasam
qucağıma alammasam da...
XS
SM
MD
LG