Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:10

«Xalq» qəzeti müxbirinin Leyla Yunusdan xahişi [Video]


"Sing for democracy"nin tədbirində qalmaqal
Gözlə

No media source currently available

0:00 0:05:44 0:00
«Demokratiya naminə oxu» («Sing for Democracy») kampaniyasının əcnəbi jurnalistlər üçün təşkil edilən sonuncu mətbuat konfransı ötən həftəki kimi qalmaqalsız ötüşmədi.

Azərbaycanda insan hüquqlarının vəziyyətinə dair filmin nümayişindən sonra Reportyorların Azadlıq və Təhlükəsizliyi İnstitutunun (RATİ) rəhbəri Emin Hüseynovun 7 jurnalistin həbsdə olması barədə dediklərini rəsmi və hakimiyyətyönlü qəzetlərin əməkdaşları etirazla qarşıladılar.

«AY XARİCİ JURNALİSTLƏR, SİZİ ALDADIRLAR»

«Xalq» qəzetinin müxbiri Əliqismət Bədəlovla «Səs» qəzetinin müxbiri Rövşən Rəsulov ayağa qalxıb Emin Hüseynovu yalan danışmaqda ittiham etdilər:

«Ay kişi, camaatı aldatmayın. O hansı jurnalistlərdir elə? Ay xarici jurnalistlər, sizi aldadırlar və sizə yalan informasiya verirlər. İnanmayın. Onların göstərdiyi söküntülər isə hər yerdə var. Hətta Almaniyada, Amerikada da. Azərbaycanda sökülən evlərə görə də adamlara yetərincə kompensasiyalar ödənilib. Özünüzdən deməyin. Həbs olunan jurnalistlər kimlərdir? Adlarını deyin».

Növbəti gərginlik Emin Hüseynov həbsdə olan və təzyiqlərə məruz qalan jurnalistlərin adlarını sadalayan zaman baş verdi. İranın «Səhər» televiziyasının müxbirinin adı çəkilən kimi «İki sahil» qəzetinin müxbiri Zahid Rza ayağa qalxıb tədbir təşkilatçılarına etiraz etdi:
Rövşən Rəsulov
Rövşən Rəsulov

«Oturun yerinizdə, ayıbdır sizə. Heç olmasa, burda İranın adını çəkməyin. O televiziya cənub rayonlarında adamları ələ alır».

«XƏDİCƏ İSMAYILOVA DÖVLƏTİN ŞƏXSİ İŞİNƏ QARIŞIB»

Tədbir təşkilatçıları çıxış etdikcə, iqtidar qəzetlərinin əməkdaşları tərəfindən tədbirin sonuna qədər belə atmacalar oldu. AzadlıqRadiosunun müxbiri Xədicə İsmayılovanın şəxsi həyatına müdaxilə məsələsindən danışılanda, «Səs» qəzetinin müxbiri Rövşən Rəsulov bildirdi ki, Xədicə İsmayılova dövlətin şəxsi işinə qarışıb. Jurnalistin bu dedikləri konfransdakı yerli və əcnəbi qonaqların gülüşünə səbəb oldu.

«SİZ DÜZ DANIŞSANIZ, BİZ ÖZÜMÜZÜ ÇOX YAXŞI APARARIQ»

Tədbir təşkilatçıları tez-tez yerindən replika atan hakimiyyətyönlü jurnalistlərə bir qədər özlərini təmkinli aparmalarını məsləhət bildilər. «Xalq» qəzetinin müxbiri qeyd etdi ki, özlərini necə aparmaları elə tədbir təşkilatçılarından asılıdır:

«Siz düz danışsanız, biz özümüzü çox yaxşı apararıq. Siz yalan danışmayın».

LEYLA YUNUSA «MƏKKƏ» QINAĞI

Şahvələd Çobanoğlu və İttifaq Mirzəbəyli
Şahvələd Çobanoğlu və İttifaq Mirzəbəyli
Jurnalist Şahvələd Çobanoğlu isə əcnəbi jurnalistlərə bildirdi ki, elə Azərbaycan hakimiyyəti də bu konfrans zalında olduğu kimi onları susdurmaq istəyir. Jurnalist bunu «Azərbaycan reallığı» adlandırdı.

«Xalq» qəzetinin digər bir əməkdaşı İttifaq Mirzəbəyli isə Bakıda evlərin sökülməsini 2005-2010-ci illərdə Məkkə yaxınlığında ev söküntüsü ilə müqayisə etdi. O, Osmanlı imperiyasından qalma 38 min evin sökülməsi zamanı Leyla Yunusu oradakı adamların hüquqlarını qorumamaqda qınadı.

«SAKİT OLUN! TƏDBİRİ ALMANİYA AGENTURASI TƏŞKİL EDİB»

İttifaq Mirzəbəyli daha sonra tədbirdəki iqtidaryönlü jurnalistlərə «Demokratiya üçün oxu» tədbirinin Almaniya agenturası tərəfindən təşkil olunduğunu bildirdi və həmkarlarını sakitliyə çağırdı:

«Xahiş edirəm Almaniya agenturasının təşkil etdiyi tədbiri sakitliklə yola verin».

«XALQ» QƏZETİ MÜXBİRİNİN LEYLA YUNUSDAN EV XAHİŞİ

Tədbirin ortalarında «Xalq» qəzetinin müxbiri Əliqismət Bədəlov Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunusdan xahiş etdi ki, onun da evinin uçurulub yenisi
Leyla Yunus
Leyla Yunus
ilə əvəzlənməsində ona yardımçı olsun:

- Arzu edirəm ki, mənim də evim uçurulsun, mən də sizi kimi rahat mənzildə yaşayım. İmkanınız varsa. mənə yardım edin.

Leyla Yunus:

– Mən bu günə qədər sökülən evimə görə nə bir qəpik pul almışam, nə də ev. Mənə heç kompensasiya da təklif edilməyib.

«İLHAM ƏLİYEV MƏNDƏN QORXUR»

Tədbirin sonuna yaxın «Səs» qəzetinin müxbiri İlham Əliyevin Leyla Yunusa «Azərbaycan dövlətinə və millətinə nifrətiniz haradan qaynaqlanır» sualına hüquq müdafiəçisinin cavabı belə oldu:

«Mən bu gün də, ömrümün axırına kimi işğalçı rejimə qarşı vuruşacam. Mən bu boyda qadınam, (əli ilə boyunun balacalığını göstərir - M.Ç.)
İlham Əliyev
İlham Əliyev
ancaq nə boyda İlham Əliyev, əlində nə qədər pul ola-ola məndən qorxur. 5 ildir deyirlər səni öldürəcəyik, gəlin öldürün...».

«DEMOKRATİYA NAMİNƏ OXU»MAQ 25 MİN DOLLARA BAŞA GƏLİB

Tədbirin sonunda hüquq müdafiəçisi Rəsul Cəfərov «Demokratiya naminə oxu» («Sing for Democracy») kampaniyasına 25 min dollar qrant ayrıldığını açıqladı. Bildirdi ki, həmin vəsaiti Amerikadakı Demokratiyanı Müdafiə Fondu ayırıb.

«Sing for Democracy» kampaniyası Azərbaycanın 2011-ci il «Eurovision» mahnı yarışmasındakı qələbəsindən 2 ay sonra 30-dan artıq yerli hüquq müdafiə təşkilatı tərəfindən başlanılıb.

Məqsəd beynəlxalq musiqi yarışmasından istifadə edib diqqəti Azərbaycandakı insan haqlarının durumuna cəlb etməkdir.
XS
SM
MD
LG