Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 09:01

Ban Ki Moon Suriya hökumətini vədinə əməl etməyə çağırıb


BMT-nin baş katibi Ban Ki Moon
BMT-nin baş katibi Ban Ki Moon

Suriyalı fəallar deyirlər ki, Homsda artilleriya atəşi eşidilir. Üsyançıların Hələb şəhərində polis bölməsinə hücum etdiyi bildirilir. Amma məlumatı müstəqil mənbələrlə yoxlamaq mümkün olmayıb.

Bir gün əvvəl BMT-nin Təhlükəsizlik Şurası aprelin 12-də elan edilmiş atəşkəsdən sonra vəziyyəti monitorinq etmək üçün 30 mülki nümayəndəsini Suriyaya göndərmək qərarını verib.

BMT-nin baş katibi Ban Ki Moon bazar günü Homsda atəşkəsin pozulmasından danışıb və Suriya hökumətini vədinə əməl etməyə çağırıb.

Suriya hakimiyyəti bazar günü xəbərdarlıq edib ki, təhlükəsizlik qüvvələri "gücləndirilən" qiyamçıların hücumlarına cavab verəcək.

BMT Suriyada prezident Bashar Assadın rejimi əleyhinə keçirilən aksiyalara hökumətin silahlı müdaxiləsi ilə başlayan qarşıdurmada 10 000 nəfərə yaxın adamın həlak olduğunu bildirir.

XS
SM
MD
LG