Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:24

Əvəz Zeynallının həbs müddəti uzadıldı


Əvəz Zeynallı
Əvəz Zeynallı
Aprelin 12-də Nəsimi rayon məhkəməsi Xural» qəzetinin baş redaktoru Əvəz Zeynallının həbs müddətinin daha 1 ay uzadılması haqda qərar çıxarıb. Bu barədə AzadlıqRadiosuna onun həyat yoldaşı Məlahət Zeynallı məlumat verib.

«Onun həbs müddəti aprelin 20-də başa çatırdı, bu müddət mayın 20-nə qədər uzadılıb».

ƏVƏZ ZEYNALLI MƏHKƏMƏYƏ GƏTİRİLİB

«Xural» qəzetinin baş redaktoru Əvəz Zeynallı aprelin 12-də yenidən Nəsimi rayon məhkəməsinə gətirilib.

Bu barədə AzadlıqRadiosuna onun həyat yoldaşı Məlahət Zeynallı məlumat verib.

«Vəkillərin iştirakı olmadın proses başlayıb. Biz narahatıq ki, istintaq dövründə onun həbs müddətini bir qədər də uzada bilərlər. O, əsasız yerə yenə də həbsdə qalar. Onun həbsini bir dəfə yanvarın 28-dən aprelin 20-dək uzadıblar. Heç bir şey sübut olunmayıb və günahsız yerə 5 aydır ki, həbsdədir».

Məlahət Zeynallı deyir ki, vəkillərin iştirak etməməsi onlara proseslə bağlı məhkəmədən xəbər verilməməsi ilə bağlıdır. Baş redaktorun hüquqlarını bir-neçə vəkil müdafiə edir.

«Xural» qəzetinin baş redaktoru Əvəz Zeynallı ötən il oktyabrın 28-də həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 213.1 (Xeyli miqdarda vergiləri və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma) maddəsi ilə ittiham irəli sürülüb.

İttiham təsdiqlənərsə, onu 1 ilədək islah işləri və ya 2 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
XS
SM
MD
LG