Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:29

İdman şərhçisi: «London olimpiadasında 2-3 qızıl medal realdır»


Zemfira Meftəhəddinova
Zemfira Meftəhəddinova
2000-ci ildə Sidney Olimpiya Oyunlarında Azərbaycanın stend atıcılığı üzrə yığma komandasına ilk qızıl medal qazandırmış Zemfira Meftəhəddinova Londonda keçiriləcək XXX Yay Olimpiya Oyunlarında uğurla iştirak edəcəyinə inanır.

«LİSENZİYAMI GÖZLƏYİRƏM»

Zemfira Meftəhəddinova 2004-cü ildə Afinada keçirilmiş Olimpiya Oyunlarında bürünc medal qazanmışdı. Pekində keçirilən 2008-ci il olimpiadasında heç bir medal qazanmasa da, Meftəhəddinova builki olimpiya oyunlarından çox şey gözləyir. Baxmayaraq ki, o, hələ lisenziya qazanmayıb:

«Hazırlıqlar gedir, məşq edirik. ABŞ-da keçiriləcək Dünya Kuboku, bundan sonra Böyük Britaniyada keçiriləcək başqa bir Dünya Kuboku yarışlarında iştirak edəcəyəm. Hələ lisenziyam yoxdur. İndi lisenziyanı gözləyirəm. Sonra qalır olimpiya oyunlarında iştirak edib yaxşı atmaq. Necə alınacaq, Allahın işidir. Lisenziya verən yarışlar qurtarıb. Ancaq gözləyirik, Beynəlxalq Federasiya verməlidir. Hazırda buna baxırlar, apreldən sonra deyəcəklər. Biz gözləyirik».

AVARÇƏKƏNLƏRDƏN DƏ MEDAL GÖZLƏNİLİR

Azərbaycan builki olimpiya oyunlarında adı olimpiya medalları ilə assosiasiya olunan güləş, boks kimi idman növlərindən başqa yeni idman növləri ilə də çıxış edəcək. Bunlardan biri də avarçəkmədir. Avarçəkmə Federasiyasından verilən məlumata görə, artıq 5 avarçəkən builki Olimpiya Oyunlarına vəsiqə qazanıb. Mayda keçiriləcək daha iki yarışdan da lisenziya gözlənilir. Lisenziya qazanmış idmançılara gəldikdə, onların hamısı
Bir neçə ilə dünya səviyyəli idmançı yetişdirmək çətin olduğundan legionerlərə ehtiyac yaranıb.
Bir neçə ilə dünya səviyyəli idmançı yetişdirmək çətin olduğundan legionerlərə ehtiyac yaranıb.
legionerlərdir.

Federasiyanın mətbuat katibi Elşən Məmmədov deyir ki, avarçəkmə üzrə federasiya 2006-cı ildə yaranıb. Bir neçə ilə dünya səviyyəli idmançı yetişdirmək çətin olduğundan legionerlərə ehtiyac yaranıb. Azərbaycan avarçəkmə oyunlarında ilk dəfə iştirak etsə də, idmançılardan medal gözləyirlər:

«İlk dəfə təmsil olunacaqlar. Ancaq medal qazanmaq imkanı olan idmançılarımız var. Valentin Demyaninko üçqat dünya və üçqat Avropa çempionudur. Kolleksiyasında çatışmayan olimpiya medalıdır. Sergey Bezuqli və Matvin Prokopenko dueti var. Onlardan da medal gözləyirik».

50-DƏN ÇOX LİSENZİYA...

Gənclər və İdman naziri Azad Rəhimov bir müddət əvvəl bildirib ki, Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsinin mütəxəssislərinin təhlilinə əsasən, Azərbaycan Olimpiya Oyunlarına 50-dən çox lisenziya qazanmalıdır. Bu günə 30-dan çox lisenziya qazanılıb. Nazir Azərbaycan idmançılarının 10-dan çox medal qazana biləcəklərini, buna real imkanların
Bakıda güləş üzrə Avropa çempionatı, 13 aprel 2010
Bakıda güləş üzrə Avropa çempionatı, 13 aprel 2010
olduğunu bildirib.

İdman şərhçisi Sərxan Musayevin də proqnozları Azad Rəhimovun gözləntiləri ilə üst-üstə düşür:

2-3 QIZIL MEDAL REALDIR

«Düzdür, hələ 30 lisenziya qazanılıb. Bununla belə, güləş, boks və digər növlərdə lisenziyaların qazanılması gözlənilir. 50 lisenziya qazanılsa, bu, ölkə tarixində rekord olacaq. İndiyə qədər olimpiadalarda bu qədər lisenziya qazanmamışıq. Lisenziya nə qədər çox olarsa, medal qazanmaq şansı da bir o qədər artır. Medallara gəldikdə isə, medallar daha çox ənənəvi idman növlərindən gözlənilir. Xüsusilə güləşdə. Güləş medal sarıdan liderlik edəcək. Sayla götürsək 2-3 qızıl medal real görünür».

Sərxan Musayev deyir ki, güləşdən başqa Azərbaycana boks, cüdo, taekvando, ağır atletika, avarçəkmə, hətta bədii gimnastikadan olimpiya medalları gələ bilər.

Ənənəvi idman növlərindən Azərbaycan boksçuları builki Olimpiya Oyunlarına 5 lisenziya qazanıblar. Ancaq Boks Federasiyasından daha 2-3 lisenziya qazanacaqlarına ümid edirlər. Azərbaycan boksçularının olimpiya oyunlarında qazandıqları medallar çox olsa da, indiyə qədər qızıl medal qazanılmayıb.
Foto: Arxiv
Foto: Arxiv
Boks Federasiyasının mətbuat katibi Elnur Məmmədli deyir ki, idmançılar bu il tilsimi sındırmağa çalışacaqlar.

RAHAT, NƏFƏS ALAN, QLAMUR GEYİMLƏR

Azərbaycan idmançılarının geyimlərinə gəldikdə, bunu italyan dizayner Ermanno Scervino’nun adını daşıyan moda evinin rəhbəri Tony Scervino hazırlayıb.

Tony Scervino bu günlərdə Bakıda keçirdiyi mətbuat konfransında deyib ki, Azərbaycan bayrağı və gerbini özündə əks etdirən bütün geyimlər yüksək keyfiyyətə malik olacaq:

«İdman geyimlərinin tikilməsində formaların çox rahat, nəfəs alan və qlamur olmasına fikir vermişik. Çünki Azərbaycan tərəfi qarşımızda çox yüksək şərtlər qoyub».

Hər il Azərbaycanda dövlət idmana 10 milyon manat ayırır. Bu il sırf London Olimpiya Oyunlarına hazırlığa əlavə 5.7 milyon manat ayrılıb.

2008-ci ildə Pekində keçirilən Olimpiya Oyunlarında Azərbaycan idmançıları 7 medal qazanmışdı. Onlardan 1-i qızıl, 2-si gümüş, 4-ü bürünc medal idi. 200-dən çox ölkənin içərisində isə Azərbaycan 38-ci olmuşdu.
XS
SM
MD
LG