Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:43

Nigar Köçərli: “Milli Kitab Mükafati bu ilin avqustunda olacaq, əgər..."


Nigar Köçərli müsabiqəni nə vaxt keçirəcəyini açıqladı
Gözlə

No media source currently available

0:00 0:51:36 0:00
Direct-ə keçid

Nigar Köçərli müsabiqəni nə vaxt keçirəcəyini açıqladı

“Yenidən Rəşad Məcidə və Çingiz Abdullayevə müraciət edəcəm"... "Mənim fikrimcə, bu il münsiflərin sayı artırılmalıdır. Keçən il 17 nəfər oldu. Amma hesab edirəm ki, 30-40, hətta 50 nəfərə çatdırılmalıdır”...

"Biz MKM-in təqdimatı zamanı Eyvaz Əlləzoğlu ilə bağlı balaca rolik düzəltdik. Ayrıca kitablarını satıb, pulu da ailəsinə çatdırdıq. Rafiq Tağını da yad etmək üçün belə addım atılacaq".

“Pen klub” proqramında “Əli və Nino” kitab mağazaları şəbəkəsinin rəhbəri və Milli Kitab Mükafatının təsisçisi Nigar Köçərli qonağımızdır.

PROQRAMI DİNLƏ

“MİLLİ KİTAB MÜKAFATI 2 İLDƏN BİR KEÇİRİLSƏ, DAHA YAXŞI OLAR”

- Milli Kitab Mükafatı müsabiqəsi adətən bu vaxta kimi elan olunurdu? Amma hələlik səs-soraq yoxdur? Nigar xanım, niyə müsabiqə yubanır?

- Mən belə qərara gəldim ki, Milli Kitab Mükafatı 2 ildən bir keçirilsə, daha yaxşı olar. Bir balaca fasilə vermək lazımdır.

- Niyə? Yetərincə ədəbi material yoxdur? Təşkilatçılıq problem yaradır?

- Hər ikisi. Təşkilatçılıq həddən artıq vaxt aparır. Düzdür, köməkçilərim də var, yaxşı komandayıq. Amma yenə də hədsiz vaxt aparır. Mənim fikrimcə, bir az fasilə versək, böyük problem olmaz. İkincisi, ədəbiyyat aləmi üçün də yaxşı olardı.

- Yəni qalmaqallar unudulardı, münsiflər özlərinə gələrdi?

- Yox, yox, yaddan çıxmasın. Darıxsınlar. Bir az defisit yaransın ədəbiyyat aləmində.

- Bu il müsabiqə elan olunacaqmı?

- Mən hələ ki dəqiq cavab verə bilmərəm. Baş sponsor “Bakcell” ilə danışıqlar davam

Birinci dəfə Milli Kitab Mükafatı başlayanda mən çox idealist idim. Mənə elə gəlirdi ki, hardasa uca dağlarda dahi yazıçılar var, dünya onları tanımır, biz getməklə onları kəşf edəcəyik. Amma indi başa düşürəm ki, bu belə deyil.

edir. Bu, vaxt aparan işdir, asan deyil. Əlbəttə, onlar dəstək verirlərsə, istəyirlər ki, maraqlı layihə olsun. Detallar var, müəyyən suallar var. Müzakirə uzun vaxt aparır. Artıq ötən ilin avqustundan danışıqlar gedir.

- Problem nədədir?

- Deməzdim ki, problem var. Dünən də onlardan məktub gəldi ki, biz layihəni dəstəkləyirik və çox istəyirik ki, layihə davamlı olsun. Sadəcə, “Bakcell”də də dəyişiklik var, menecment sahəsində.

“HƏLƏ Kİ “OK” VERİLMƏYİB, HƏLƏ Kİ MÜQAVİLƏ İMZALANMAYIB...”

- Müsabiqə bu il dəqiq nə vaxt elan oluna bilər?

- Avqustda. Əgər MKM davam etsə. Hələ ki danışıqlar gedir. Hələ ki “OK” verilməyib, “Bakcell” ilə müqavilə imzalanmayıb. Amma inanıram ki, müqavilə imzalanacaq. Avqustda başlanacaq və 2013-cü ilin iyununda bitəcək.

“CƏMİL BƏY, SİZİN PULUNUZA EHTİYAC YOXDUR”

- Demək, əsas problem sponsorla bağlıdır?

- Bəli. Ötən il Pərviz Cəbrayılla (müsabiqənin ötənilki qalibi – red.) bağlı problem
Nigar Köçərli
Nigar Köçərli
yarananda Cəmil Həsənli, Rafiq Əliyev dedilər ki, maliyyə problemi olsa, biz hazırıq, o pulu cibimizdən verəcəyik. Mən kövrəldim. Bir neçə ay sonra yenə Cəmil müəllim zəng etdi və yenə maraqlandı ki, niyə müsabiqə yubanır. Yenə eyni təklifi səsləndirdi, yəni təki layihə davam etsin. Mən sizi inandırım, Cəmil bəy, ehtiyac yoxdur. Bu layihə cəmiyyətə lazımdırsa, sponsor tapılacaq. Yəni sizin pulunuza, böyük zəhmətlə qazandığınız pula ehtiyac yoxdur.

- Bu o deməkdirmi, nəticələrə görə, “Bakcell” sponsorluqdan imtina edə bilər?

- Yox. Onların nəticəylə bağlı problemi yox idi.

- Sponsor hər hansı şərt qoymur ki, ortaya?

- Sponsora da, bizlərə də lazımıydı ki, layihə obyektiv olsun, ədalətli olsun.

- Onda bu söhbət niyə bu qədər uzanır?

- Hər bir layihədə danışıqlar uzun çəkir.

“O GÖRÜŞLƏRDƏN SONRA MƏN EYFORİYADAYDIM, MƏNƏ ŞEİRLƏR YAZIRDILAR”

- Mükafatların həcmində azalma ola bilərmi?

- İstəməzdim belə olsun. Mən istəyirəm ən azı eyni qalsın. İstəyirəm bu dəfə layihə daha da geniş və böyük olsun. İstəyirəm layihə regionlarda daha da geniş keçirilsin. Birinci il biz 6 regionda görüş keçirmişdik. Düzdür, elə də böyük xeyir görmədim. Regionlarda daha çox şair var, nəinki yazıçı. Amma o görüşlərdən sonra mən eyforiyadaydım. İnsanlar xoşbəxtiydilər, hətta şairlər, aşıqlar... Düzdür, layihəni başa düşmürdülər. Amma ən azı mənə şeirlər yazırdılar. (gülür – red.) Bu da çox gözəldir.

- Bu il gedəcəksizmi?

- Gedəcəm.

- Bölgələrdə yazıçı yoxdursa, getməyin nə faydası?

- Birinci dəfə Milli Kitab Mükafatı başlayanda mən çox idealist idim. Mənə elə gəlirdi ki, hardasa uca dağlarda dahi yazıçılar var, dünya onları tanımır, biz getməklə onları kəşf edəcəyik. Amma indi başa düşürəm ki, bu belə deyil. Ədəbiyyat mürəkkəb prosesdir. Yazıçı ədəbiyyata yaxın insanlarla ünsiyyətdə olmalıdır, kitab oxumalıdır. Bölgələrdə belə imkan yoxdur. O demək deyil ki, bölgələrdə yaxşı yazıçı yoxdur. Sadəcə, biz bölgələrə bir az da yaxın olmalıyıq. Getməliyik, yaxında olmalıyıq.

“ƏLBƏTTƏ MÜKAFATI ARTIRMAQ LAZIMDIR, AMMA O BİRİ TƏRƏFDƏN MƏN HƏLƏ YAŞAMAQ İSTƏYİRƏM”

- Dinləyici soruşur ki, sizcə, pul mükafatını artırmaq lazım deyil?

- Əlbəttə, mükafatı artırmaq lazımdır. Bizim yazıçılar yaxşı pul qazanmalıdırlar. O biri tərəfdən mən hələ yaşamaq istəyirəm... Onsuz da birinci, ikinci il qaliblərlə bağlı böyük təzyiqlər vardı. Əlbəttə gələcəkdə mükafatı artırmaq yaxşı olardı. Amma indilik belə qalsın. Münsiflərdən biri hətta demişdi ki, bəlkə məbləği azaltmaq lazımdır.

“RƏŞAD MƏCİD MİLLİ KİTAB MÜKAFATSIZ, QALMAQALLARSIZ ÇOX DARIXIR”

- Münsiflər demişkən, ötən il Münsiflər Heyətinin 2 üzvü – Çingiz Abdullayevlə Rəşad Məcid istefa verdi. İkisi də Yazıçılar Birliyinin katibləridir. Onların yerini kiminlə dolduracaqsız? Artıq heyət bəllidirmi?

- Elə özləriylə. Mən yenidən həm Rəşad müəllimə, həm Çingiz müəllimə müraciət
Şahnaz Bəylərqızı
Şahnaz Bəylərqızı
edəcəm. Hesab edirəm ki, onların münsiflər arasında olması vacibdir. Onlar ədəbiyyatda nüfuzlu insanlardır.

- Sizcə, geriyə addım atacaqlar?

- Məncə, Rəşad müəllim razılaşacaq. İnanıram buna.

- Nəylə inandıracaqsız onu?

- Rəşad müəllim ədəbiyyatdan uzaq ola bilməz. Bu çevrədən uzaq qala bilməz. Məncə, Rəşad Məcid Milli Kitab Mükafatsız, qalmaqallarsız çox darıxır.

- Rəşad Məcid münsiflikdən ayrılanda çox ciddi ittihamlar səsləndirmişdi. Demişdi ki, münsiflər arasında qruplaşmalar var, hətta münsiflərin yarısı Pərviz Cəbrayılın romanını oxumadan səs veriblər. Bütün bunlardan sonra geri dönməsi nə qədər mümkündür?

- Mən çox istəyirəm Rəşad müəllim münsif olsun. Mən dəvət edəcəm. Gələcək, gəlməyəcək qərar ona aiddir. Onun orda olması vacibdir. O ki qaldı ittihamlara, onda da demişdim ki, məncə, bu emosional qərar idi. Bu cür ittihamlar ənənəvidir, birinci il də səsləndi. Nüfuzlu ədəbiyyat mükafatları, hətta Nobel mükafatı veriləndə də belə qalmaqallar olur. Hamı deyir ki, kiminsə gizli əli var. Bu normaldır.

- Bir az da müsabiqənin reklamına xidmət edir...

- Bəzən fikirləşirlər ki, bu hay-küyü biz qəsdən yaradırıq. Yox. Sadəcə, bu canlı mükafatdır, maraqlı mükafatdır. Əvvəldən qalib bəlli olsaydı, nə marağı olardı ki...

“BALANS NAMİNƏ MÜNSİFLƏR ARTIRILACAQ”

- Gedən münsifləri kimlərlə əvəzləyəcəksiz?

- Mənim fikrimcə, bu il münsiflərin sayı artırılmalıdır. Keçən il 17 nəfər oldu. Amma hesab edirəm ki, 30-40, hətta 50 nəfərə çatdırılmalıdır.

- Bu, qarışıqlığa gətirməyəcək ki?


- Təşkilatçılara böyük çətinlik yaradacaq. Münsiflər nüfuzlu insanlardır. İstər-istəməz mən təşkilatçı olaraq onlara qulaq asmalıyam, söhbət etməliyəm. Hətta bülletenləri hesablamaq, yerləşdirmək də çətin olacaq...

- O zaman işinizi niyə çətinləşdirirsiz?

- Balans olmalıdır.

- 20 nəfər arasında da balans yaratmaq olar.

- Məncə, çox olsalar, 40-50 nəfər normal balans yaradacaq.

- Sayı artırmaqla müsabiqə ətrafındakı şübhələrə son qoymaq istəyirsiz?

- Biz istəyirik ki, MKM-də hər şey şəffaf olsun. Birinci il münsiflərin rəyi, bülletenlər
açıqlanmadı. Bu, narahatlıq yaratdı. Biz dedik: “OK, problem yoxdur”. İkinci il bütün bülletenlər, nəticələr saytda yerləşdirildi.

- Bülletenlərə qədər də gedən proseslər nəticəyə təsir edir... Dinləyici yazır ki, “ötən il Pərviz Cəbrayıl qalib olduğu üçün sizə ən yüksək səviyyədə təzyiqlər olub. Bu ilki gecikməni də onunla bağlayırlar. İstərdim səmimi danışasız”.

- Təzyiqlər əlbəttə oldu. Normaldır.

- Təzyiqlər hardan gəldi?

- Hər yerdən.

- Rəsmi dairələrdən də vardımı? Pərviz Cəbrayıl daha çox müxalifyönlü yazar kimi tanınır.

- Mən deməzdim ki, Pərvizin qalib gəlməsindən sonra hansısa orqandan bizə təzyiq gəldi.

“RAFİQ TAĞI İLƏ BAĞLI NƏSƏ OLACAQ”

- Vaxtilə sizin müsabiqədə Rafiq Tağı da iştirak edib -ötən ilin noyabrında sui-
qəsdə məruz qalan yazar. Bu il mükafat ona verilə bilərmi? Arada kuluarlarda bu cür təkliflər səslənir.

- Rafiq Tağını çıx sevirdim. Böyük faciədir ölümü, həm ədəbiyyat üçün, həm cəmiyyət üçün. Bir il əvvəl Eyvaz Əlləzoğlu rəhmətə getmişdi. Mən ekspertlərlə məsləhətləşdim ki, bəlkə mükafatı ona verək. Onlar dedilər ki, ayrıca onu yad etsək yaxşıdır. Çünki layihə yazarlara dəstək üçündür. Biz MKM-in təqdimatı zamanı Eyvaz Əlləzoğlu ilə bağlı balaca rolik düzəltdik. Ayrıca kitablarını satıb, pulu da ailəsinə çatdırdıq. Rafiq Tağını da yad etmək üçün belə addım atılacaq.

- Amma Rafiq Tağı fərqli situasiyadır. Onu qətlə yetirdilər. Özü də bunu yazıları ilə bağlayanlar oldu. Düzdür, istintaq davam edir, bu, gümandır, təsdiqlənməyib. Amma bu situasiyada MKM hansısa jest edə bilərdi... Necə bilirsiz?

- Nəsə olacaq...
XS
SM
MD
LG