Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 17:48

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin sərəncamı (№ 239s)


AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ
SƏRƏNCAM

№ 239s

Bakı şəhəri, 10 avqust 2011-ci il

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasına əsasən, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmış təklifini nəzərə alaraq:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 25 yanvar tarixli 21 s nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu üçün nəzərdə tutulmuş 3380000000,0 (üç milyard üç yüz səksən milyon) manat vəsaitin sifarişçi təşkilatlar və obyektlər üzrə dövlət sifarişi kimi bölgüsü”ndə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə ayrılması nəzərdə tutulmuş vəsaitin bu sərəncamın 1 nömrəli əlavəsində göstərilən obyektlər üzrə 18380000,0 (on səkkiz milyon üç yüz səksən min) manat azaldılması hesabına, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə bu sərəncamın 2 nömrəli əlavəsində göstərilən obyektlər üzrə 18380000,0 (on səkkiz milyon üç yüz səksən min) manat vəsait ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, bu sərəncamın 1-ci hissəsində göstərilən vəsaitin müvafiq qaydada ödənilməsini təmin etsin.

3. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2011-ci il 10 avqust tarixli
239s nömrəli sərəncamına
1 nömrəli əlavə

Vəsait azaldılan obyektlərin
SİYAHISI

Obyektlərin adı Azaldılan vəsaitin məbləği
(min manat)
1 2
CƏMİ 18380
“Şəhər su təchizatı Və kanalizasiya investisiya Proqramı-l” layihəsində Azərbaycan tərəfinin payı (Göyçay şəhəri üzrə) (Asiya İnkişaf Bankı) 2680
“Milli su təchizatı və kanalizasiya xidmətləri layihəsi-l” Azərbaycan tərəfinin payı (Dünya Bankı) 10500
“Azərbaycanın kiçik şəhərlərində su təchizatı və kanalizasiya” layihəsində Azərbaycan tərəfinin payı (Yaponiya Beynəlxalq Əməkdaşlıq Bankı) 900
“Bakı şəhərinin “20-ci sahə” qəsəbəsi və ətraf ərazilərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsində Azərbaycan tərəfinin payı (Səudiyyə İnkişaf Fondu) 1200
“Pirşağı və digər 7 Bakıətrafı qəsəbələrin su təchizatı və kanalizasiya xidmətinin yaxşılaşdırılması” layihəsində Azərbaycan tərəfinin payı (Koreya Hökuməti) 2000
“Ağcabədi, Balakən və Beyləqan şəhərlərinin su təchizatı və kanalizasiya” layihəsində Azərbaycan tərəfinin payı (Asiya İnkişaf Bankı) 1000
“Bakıətrafı qəsəbələrin su təchizatı və kanalizasiya xidmətinin yaxşılaşdırılması” layihəsində Azərbaycan tərəfinin payı (Asiya İnkişaf Bankı - III tranş) 100

Aparatın rəhbəri Ağa-Bala Hacıyev

Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2011-ci il 10 avqust tarixli
239 s nömrəli sərəncamına
2 nömrəli əlavə

Vəsait ayrılan obyektlərin
SİYAHISI

Obyektlərin adı Ayrılan vəsaitin məbləği
(min manat)
1 2
CƏMİ 18380
“Gəncə və Şəki şəhərlərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması” layihəsində Azərbaycan tərəfinin payı (Almaniyanın KfW Bankı) 450
Şəhər su təchizatı və kanalizasiya layihəsində Azərbaycan tərəfinin payı (Ağdaş və Göyçay şəhərləri üzrə) (Asiya İnkişaf Bankı) 150
Şamaxı şəhərində S.Ə.Şirvani, H.Əliyev və N.Nərimanov küçələrinin genişləndirilməsi və bərpası ilə əlaqədar su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması 4500
Bakı şəhərinin “20-ci sahə” qəsəbəsində tikiləcək məhsuldarlığı 50 min kub.m olan çirkab su təmizləmə qurğuları kompleksinin dənizə çıxışı layihəsi üzrə tədqiqat işlərinin aparılması 500
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının tikilən tədris kompleksinin xarici təsərrüfat-məişət və yağış kanalizasiya kollektorlarının tikintisi 700
Bakı şəhərinin “Bayraq Meydanı” ərazisində avtomobil yolunun genişləndirilməsi ilə əlaqədar su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması 12080

Aparatın rəhbəri Ağa-Bala Hacıyev
XS
SM
MD
LG