Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:14

Şair Aqşin Yeniseyin muğam ustası Arif Babayevlə mübahisəsi


Aqşin Yeniseylə Arif Babayevin muğamla bağlı mübahisəsi
Gözlə

No media source currently available

0:00 0:50:33 0:00
Direct-ə keçid

Aqşin Yeniseylə Arif Babayevin muğamla bağlı mübahisəsi

Arif Babayev:

- Bütün evlərdə televizor var. Sən efirdən hər cür şey eşidirsən. Efirdə muğam yaxşıdır, yoxsa cürəbəcür söhbətlər, başaparan, ağla gəlməyən, ucuz musiqilər? Bunlara qulaq asmaq yaxşıdır ki?

Aqşin Yenisey:

- Arif bəy, özünüzü sizdən zəif olan adamla niyə müqayisə edirsiz? Nəyə görə özünüzü Aygün Kazımova ilə müqayisə edirsiz? Özünüzü Bethovenlə müqayisə edin də.



Bu dəfə “Pen klub”da muğamdan danışdıq. Azərbaycan hakimiyyətinin muğama diqqəti böyükdür, vaxtaşırı müsabiqələr, festivallar keçirilir, Muğam Mərkəzi yaradılır və s. Amma bu təbliğatdan usananlar da tapılır. Beləliklə, antimuğam ovqatı əsassızdır, bu ovqatı yaradan sadəcə, ifrat dövlət təbliğatıdır, yoxsa muğamın özü artıq müasir sənət növü ola bilmir?

QONAQLARIMIZ: şair Aqşin Yenisey, telefonda professor, xalq artisti, Milli Konservatoriyanın muğam kafedrasının müdiri Arif Babayev, xanəndə Firuz Səxavət və bəstəkar-kulturoloq Elmir Mirzəyev. (DİNLƏ)

“MUĞAM YERDƏ QALAN SƏNƏTLƏRİN BOYNUNA MİNMƏMƏLİDİR”

Şahnaz Bəylərqızı:

- Aqşin bəy, yazılarınızın birində demişdiz ki, mən sənət abidəsi kimi muğama qarşı deyiləm, mən muğamın süni şəkildə sənətdə yaradılmış hegemonluğuna qarşıyam. Muğamın hegemonluğu özünü nədə göstərir?

Aqşin Yenisey:

- Deyim, mən nəyə qarşıyam. Mən hələ Azərbaycanda görməmişəm ki, bir muğam ustası – bunların içində professorlar var, elmi iş müdafiə etmiş adamlar var – muğamın fəlsəfəsini Azərbaycan dinləyicisinə çatdırsın. Bu dövlət qayğısı ilə yetişmiş muğamçılar, “broyler muğamçılar” bircə söz deyirlər ki, muğam bizim milli mədəniyyətimizdir. Bu, kökündən yanlışdır. Türk heç vaxt muğam oxumayıb. Bizim
Aqşin Yenisey
Aqşin Yenisey
genetikamızda muğam yoxdur. İkincisi, mən Azərbaycan dövlətinin muğama qayğısını başa düşürəm. Amma bu o demək deyil ki, muğam yerdə qalan avanqard sənətin, sürrealist sənətin və başqa sənətlərin – ifadəmə görə üzr istəyirəm – boynuna minməlidir. Yəni bu dominantlıq hüququnu kim qazandırıb buna? Məsələn, Azərbaycanda rok musiqisi demək olar ki, yoxdur. “Podval” səviyyəsində, underground səviyyəsində rok musiqisi var.

Ş.B:

- Aqşin bəy, Azərbaycanda rok musiqisinin qarşısını kim alır, kim mane olur? Yaranmırsa, demək ki, bu cəmiyyətdə həmin musiqiyə maraq, həvəs yoxdur.

A.Y

- Bir ailədə uşaq doğulur, roku öyrənir. Sonra da bütün xalqımız – həm valideyn olaraq, həm seyrçi olaraq düşür bu bir nəfərin üstünə, fərqli bir şey yaradanın üstünə. O bir nəfər də başa düşür ki, bu ölkədə, bu mühitdə rok musiqisi yaratsa belə, əhəmiyyəti olmayacaq. Sonra o adam yoxa çıxır.

ARİF BABAYEV: “MUĞAMI SEVMƏYƏN DÜNYADAN BİXƏBƏRDİR”

Ş.B:

- Arif bəy, son zamanlar muğamla bağlı tənqidlər artıb. Onu orta əsrlər musiqisi kimi qiymətləndirənlər var, ruh düşkünlüyü yaratdığını iddia edənlər var. Hətta “milli yuxu dərmanı” deyənlər var. Siz necə düşünürsüz, muğamın artıq vaxtı keçibmi?

Arif Babayev:

- Belə deyənlərin görünür, ruhu yoxdur, qəlbi yoxdur. Dünyadan bixəbərdir. O musiqini bilməyən, başa düşməyən, muğamı dinləməyən, muğamı, xalq musiqisini sevməyən insanın qəlbi, ruhu ola bilməz. Əlindən yaxşılıq gəlməz. Gördüyü işin keyfiyyəti olmaz. Muğam bizim həyatımızdır, canımızdır, qanımızdır, fəlsəfəmizdir, laylamızdır. Necə olur ki, bütün dünya, dilimizi-sirrimizi bilməyənlər muğamla maraqlanırlar, yazırlar?.. Azərbaycanda 2 dəfə beynəlxalq muğam festivalı keçirildi. Görəydiniz necə maraqla baxırlar. Təsadüfü deyil ki, bunu bütün dünyada sevirlər. Burda hikmət var.

Ş.B:

- Arif bəy, amma Aqşin Yenisey düşünür ki, muğam bu gün Azərbaycan musiqisində hegemonluq edir, başqa sənət növləri, məsələn, rok Azərbaycanda yayıla bilmir.

A.B:

- Niyə hegemon olur ki? Bizim bütün musiqimizin bünövrəsi muğamdır. Biz demirik ki, başqa janrlar, məsələn, caz , simfonik orkestr, ya da başqaları olmasın. Hər şeyin yaxşısı dinlənilir. Necə hegemonluqdur? Muğama sadəcə böyük diqqət yetirilir, qayğı göstərilir.

Ş.B:

- Onlar deyirlər ki, Azərbaycanda Muğam Mərkəzi yaradılır, müsabiqələr, festivallar keçirilir. Yəni muğama aşırı diqqət var, amma başqa janrlara belə diqqət yoxdur.

A.B:

- Niyə? Qəbələdə simfonik musiqi festivalı keçirdi. Bütün dünyadan gəldilər. Orda
Arif Babayev
Arif Babayev
simfonik əsərlər səsləndi. Amma muğama bu qədər diqqət heç vaxt olmayıb. Mənə inanın ki, muğam bu dərəcədə yüksəklikdə deyildi. Şəxsən dövlətimiz, Mehriban xanım bu işə diqqət göstərib. Qalaq-qalaq kitablar yazılıb. Muğam böyük bir xəzinədir.

“BİZİM MUĞAM AZƏRBAYCAN İNSANINI ƏSARƏTDƏ SAXLAMAQLA MƏŞĞULDUR”

A.Y:

- Azəraycanın 2-3 dövlət kanalı var. Gəlin görək bu kanallarda muğama nə qədər vaxt ayrılır, alternativ musiqilərə nə qədər? Söhbət ondan gedir ki, hamısına eyni şərait yaradılmalı, eyni vaxt ayrılmalıdır. Sənəti insan özü evinə gətirməlidir. Əgər sənət evə hücuma keçirsə, təcavüz edirsə, sənət olması bir balaca təhlükəlidir. Mən Azərbaycan vətəndaşıyam. Gəncəm. Nəyə görə, televizoru açanda evimdə yalnız muğam görməliyəm? Mən ayrı şey görmək istəyirəm. Onun da mənim kimi minlərlə Azərbaycan gəncinin evində olmaq hüququ var. Bizim muğam Azərbaycan insanını əsarətdə saxlamaqla məşğuldur. Qardaş, sən mahnını oxudun. Mənim xoşuma gələcəksə, istər-stəməz onu axtarıb tapacam. Sən xeyr ola, mənim evimə girmisən?

“EFİRDƏ MUĞAM YAXŞIDIR, YOXSA CÜRBƏCÜR SÖHBƏTLƏR, UCUZ MUSİQİ?”

A.B:

- Bütün evlərdə televizor var. Sən efirdən hər cür şey eşidirsən. Efirdə muğam yaxşıdır, yoxsa cürəbəcür söhbətlər, başaparan, ağla gəlməyən, ucuz musiqilər? Bunlara qulaq asmaq yaxşıdır ki?

A.Y:

- Arif bəy, özünüzü sizdən zəif olan adamla niyə müqayisə edirsiz? Nəyə görə özünüzü Aygün Kazımova ilə müqayisə edirsiz? Özünüzü Bethovenlə müqayisə edin də.

A.B:

- Əsla! Onlarla müqayisə etmirəm. Mən sizinlə razı deyiləm. Dediklərinizi qəbul etmirəm. Muğam bizim xəzinəmizdir, musiqimizin bünövrəsidir. Əsrlərlə dildən-dilə, əldən-ələ keçib, bu hala gəlib. Onu dana bilmərik. İstənilir ki, bunu verirlər. Xalq istəməsə, bunu necə verərlər? İndi hər şey azaddır, istəməsələr deyərlər ki, belədir-belədir, onu verməyin, bir ayrı şey verin. Muğam bizim musiqinin şahıdır. Mən belə başa düşürəm.

“REJİMİN MUĞAMA MARAĞI SƏNGİMƏKDƏDİR”

Ş.B:

- Elmir bəy, siz muğamı “daha çox suvenir xarakterli sənət növü, saray musiqisi” adlandırmısız. Arif Babayevsə muğamı Azərbaycan musiqisinin şahı, xəzinəsi sayır...

Elmir Mirzəyev:

- Mən kulturoloq kimi, ümumiyyətlə, incəsənəti cəmiyyətdən kənarda görmürəm. İstənilən sənət növü həmin cəmiyyətdəki ictimai quruluşla bağlıdır. Bizim hazırkı
Elmir Mirzəyev
Elmir Mirzəyev
Azərbaycan dövlətinin quruluşunu uzun müddət təyin edə bilmirdim. Bu, feodalizmə yaxın quruluşdur. Demək olar ki, feodalizmin bütün göstəriciləri burda özünü göstərir. Feodalizmin də özünün incəsənət növləri var. Yəni hər hansı sosial aspektlərdən kənar. Muğam əlbəttə ki, orta əsrlər musiqisidir. Əvvəllər metafizik xarakter daşıyıb. Metafizik ayinin bir hissəsi olub. Hindistanda, Yaxın Şərqdə, Asiya ölkələrində metafizikaya dərin maraq olub. Sonradan muğam dünyəvi xarakter alıb. Surroqata çevrilib. Metafizik köklərdən ayrılıb. Ən maraqlısı da budur ki, onun ifaçıları da muğamı mexanistik dərk edirlər. Artıq bu ali şüura apelyasiya deyil. Müəllimdən tələbəyə ötürülən mexanistik bir şifahi xalq ədəbiyyatına çevrilib. Aqşin də dedi ki, indi muğam dominantdır. Niyə belə oldu? Əslində istənilən avtoritar rejim xalqa apelyasiya edir. Yəni xalqçılığa, məsələn, Şimali Koreya Xalq Demokratik Respublikası, Çin Xalq Respublikası. Yəni mən də sizdənəm, xalqdanam, nə olsun ki, korrupsiya var, nə var... Yəni biz hamımız xalqıq. Muğam da bunun üçün ideal vasitə oldu. Əvvəla, sosial mahiyyət daşımır. Xalqa yaxındır, xalqçılıq ideyasına xidmət edir. Müasir dünya ilə refleksiyası yoxdur. Amma keçən ildən bir şeyi də hiss etdim ki, rejimin muğama marağı getdikcə səngiməkdədir.

“REJİM DƏ MODERN SİFƏT ALMAĞA EHTİYAC DUYDU”

Ş.B:

- Bu qənaətə nədən gəldiz? Muğama maraq sizcə, niyə azalıb?

E.M:

- Rejim də yəqin hiss etdi ki, islahatlara ehtiyac var, modern sifət almağa ehtiyac var. Yəni sırf muğamçılarla gələcəyə getmək mümkün deyil. Rejim də bunu dərk etməyə başladı. Ötən ilin noyabrında “Yarat” adlı incəsənət qrupu təsis olundu. Həmin qrup gənc konseptual rəssamlardan ibarətdir. Onların əvvəllər sosial mesajlı aksiyaları olurdu. Məsələn, “Minimum əmək haqqı” adlı aksiyaları vardı, sərgi-performans kimi. Həmin kreativ gənclərin çoxu “Yarat” qrupuna cəlb olundu və yanvarda Londonda məşhur zalların birində sərgisi keçirildi. Amma mən fikir verdim ki, bu konseptual incəsənət də folklora çevrilir. Hər hansı sosial mesajını itirir. Çünki hakimiyyət tərəfindən dəyişdidrilir...

ARİF BABAYEV: “ALİM QASIMOVU BÜTÜN DÜNYA TANIYIR”

Ş.B:

- Qısaca, sizcə, muğamda da islahatlara, dəyişikliklərə ehtiyac varmı?

E.M:

- Muğamda islahatlar nəzəriyyəçilər və ifaçılar tərəfindən aparılmalıdır. Amma gənclərin buna refleksiyası mümkün deyil. Gənclik keçmiş ideallarla, arxaik musiqiylə, arxaik estetika ilə böyüyə bilməz. Gənclik müasirlik istəyir. O mənada muğamın balaca çevrəsi olmalıdır.

A.B:

- Mən yenə öz fikrimdə qalıram. Bizim milli musiqimiz yaşayır və bütün dünyada yaşayacaq. Dünya da onu qarşılayacaq. Təsadüfü deyil ki, Alim Qasımovu bütün dünya tanıyır, qəbul edir onun oxuyub-çalmağını. Bir şey olmasa, onu bəyənməzdilər. Bizim milli musiqimiz hər kəs üçün nemətdir.

Ş.B:

- Arif bəy, Alim Qasımov Azərbaycanda tək-tük sənətkarlardandır ki, islahatlara, dəyişikliklərə can atdı. Rokçu ilə oxudu, popçu ilə oxudu, cazla sintez etdi...

A.B:


Şahnaz Bəylərqızı
Şahnaz Bəylərqızı
- O, muğamdan istifadə edir. Muğam olmasa, heç nə alınmaz. Mən sözümdə qalıram. Milli musiqini hamı sevməlidir.

Ş.B:

- Aqşin bəy, belə başa düşdüm ki, ortaq məxrəcə gələ bilmədiz.

A.B:

- Məni burda əndişələndirən bir şey oldu, Arif bəy muğamla bağlı elmi iş müdafiə edib, professordur. Bizə lazım idi ki, muğamın fəlsəfəsini çatdırsın. Amma sıradan fikirlər eşitdik. Azərbaycanda muğam xanəndələri oxuduqları haqda bilgi sahibi deyillər. Mexaniki oxuyurlar. Biz indi istənilən muğam xanəndəsinə zəng vursaq, yenə onun fəlsəfəsini aça bilməyəcək. Yenə deyəcəklər ki, muğam milli mədəniyyətin mənbəyidir, xəzinədir, qırğın-qiyamətdir. Yəni muğam haqda fikirlər şablondur. Gənc bir xanəndəyə zəng vursaq da, şablon ifadələr eşidəcəyik.

FİRUZ SƏXAVƏT: “MUĞAMIN FƏLSƏFƏSİNİ İFAÇILAR AÇA BİLMƏZ”

Ş.B:

- Yeri gəlmişkən, gənc muğam ifaçısı Firuz Səxavət söhbətə qoşulur. Gəlin bu mövzuda onun fikirlərini də öyrənək.

Firuz Səxavət:

- Muğamın fəlsəfəsini heç bir ifaçı aça bilməz. Bu, musiqişünasların işidir. Amma heç musiqişünaslar da onun dərinliyinə gedə bilməzlər. İlahidən gəlib muğam. Necə ki, “Quran” peyğəmbərimiz vasitəsilə xalqımıza çatdırılıb. Heç kim muğamın kökünə gedib çıxa bilməz. Bircə bunu bilirəm ki, muğam Allah tərəfindən xalqımıza gəlib. Hərə bir yana yönəldir, biri İrana, biri Əfqanıstana. Amma onu bilirəm ki, biz başqa xalqın heç nəyini özümüzünküləşdirə bilmərik. Özümüzün olanı saxlaya bilmirik. Bu bizimdir. Kökü, tarixi bəlli deyil. “Milli dimidrol” deyirlər. Baxır kim ona qulaq asır. Muğam hər zaman olacaq. Muğamı bədbin olanda da dinləyə bilərsən, şən halda da. Ruhla bağlıdır.

A.Y:

- Biz cəmiyyət həyatı ilə fərdləri fərqləndirək. Elə bir insan ola bilər ki, muğamdakı
Firuz Səxavət
Firuz Səxavət
şaxsey-vaxseyi dinləyib zövq ala bilər, mazaxistdir. Amma bunu cəmiyyət hadisəsi kimi qiymətləndirməməliyik. Alim Qasımov niyə dünyada tanındı? Alim Qasımov muğama müəlliflik gətirdi. Bu, onun oxuduğu muğamdır. Alim cəsarət göstərdi ki, reformasiyalara getsin.

“BİZ DEMİRİK MUĞAM OLMASIN”

Ş.B:

- Siz də, Elmir Mirzəyev də dönə-dönə vurğulayırsız ki, sənət cəmiyyət hadisələrinə toxunmalıdır. Alim Qasımov səhv etmirəmsə, 2000-ci ildə bir konsert verdi. Orda “Daş qəlbləri neylərsən, İlahi” üstündə oxudu və zal onu alqışladı. Yəni muğamla da mesaj vermək mümkündür.

E.M:

- Dostumuz, muğam ifaçısı dedi ki, muğam Azərbaycana verilib. Bu boş fikirdir, mənasız fikirdir. Sənət heç bir xalqa verilmir. İkincisi, Alim Qasımovun mesajı yaxşıydı. Amma Aqşinin danışdığı birbaşa mesajdır, rokdur, etirazdır. Gənclik etiraz etməlidir. Gənclik hamıya etiraz etməlidir və özünü təsdiq etməllidir.

Ş.B:

- Bəyəm muğam rokçuların meydana çıxmasına manemi olur? Bu etiraz, bu istək varsa meydana çıxacaqlar.

E.M:

- Biz demirik muğam olmasın. Sadəcə dövlət işini-gücünü buraxıb muğamı təbliğ edir. Yəni biz bu təbliğatın əleyhinəyik. Aşırı təbliğatın: “Muğam qaçar, itər, yox olar...” Niyə itir? Öz yeri var. Biz ondan danışırıq ki, dövlət onu təbliğat vasitəsinə çevirib. Ona görə də rok sənət növü kimi bu cəmiyyətə, hakim dairələrə əsla lazım deyildi. Biz demirdik ki, muğam olmasın. Əlbəttə olsun! Onun da öz yeri var, arxaik bir musiqi kimi.

Prodüsserlər:
Maarif Çingizoğlu, Cavid Zeynallı


PROQRAMI TAM ŞƏKİLDƏ BURDA DİNLƏ. DEBATIN VİDEOYAZISINI TAM OLARAQ YUXARIDA İZLƏ
XS
SM
MD
LG