Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 03:11

Fevralın 12-dən havalar isinəcək


Foto: Arxiv
Foto: Arxiv
Fevralın 12-si səhərədək Azərbaycanın rayonlarında fasilələrlə yenidən qar yağacaq.

Bu barədə «APA»ya Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva bildirib.

Aran rayonlarında gecə 4-8, gündüz 0-3, dağlıq rayonlarda gecə 15-20, gündüz 5-10 dərəcə şaxta olacaq:

«Bu gün (fevralın 9-u) yağıntılar tədricən kəsiləcək. Lakin bu, qısamüddətli bir fasilədir. Ayın 9-dan 10-na keçən gecə hava şəraitinin yenidən kəskinləşəcəyi gözlənilir. Amma ötən günlərlə müqayisədə hava bir qədər mülayim olacaq. Bakı və Abşeron yarımadasında da fevralın 10-da havanın yağıntılı olacağı, ayın 10 və 11-də fasilələrlə qar yağacağı gözlənilir. Şaxtalı hava bir qədər mülayimləşəcək… Fevralın 12-də isə yağıntılar kəsiləcək. Temperatur tədricən yüksələcək. Günorta saatlarında müsbət 3 dərəcəyə çatacaq».

Büro direktoru bildirib ki, fevralın 13-dən sonra ölkə ərazisində havanın temperaturu tədricən yüksələcək və iqlim normasına yaxınlaşacaq.
XS
SM
MD
LG