Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:42

Avropa Parlamentində Azərbaycanla bağlı müzakirələr olacaq


Avropa Parlamentindəki ən geniş qruplardan biri - Avropa Xalq Partiyası qrupu fevralın 9-da Azərbaycanla bağlı müzakirələr keçirəcək. “Avropa Birliyi və Azərbaycan münasibətlərində yeni üfüqlər” adlı müzakirələrdə Parlamentin keçmiş Prezidenti Jerzy Buzek, Avropa Xalq Partiyasının sədri Wilfried Martens, Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin sədri Səməd Seyidov, Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin Azərbaycanla bağlı kölgə məruzəçisi Monica Macovei, İnsan Haqları Komitəsinin üzvü Elizabeth Jeggle və başqaları iştirak edəcək.

Dinləmələrdə Azərbaycanla Avropa Birliyi arasındakı münasibətlərin inkişaf yolları, mövcud problemlər, Cənubi Qafqazda təhlükəsizlik və sabitlik amilləri müzakirə ediləcək.

Avropameylli sağçı və sağ-mərkəzçi siyasi hərəkatları birləşdirən Avropa Xalq Partiyası qrupu 271 deputatla Avroparlamentdəki yerlərin 35 faizinə sahibdir. Avropa Parlamentinin vitse-prezidentlərinin, komitə rəhbərlərinin yarısı bu qrupun üzvləridir.
XS
SM
MD
LG