Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:25

Sulutəpə qəsəbəsinin sakinləri aksiya keçiriblər


Arxiv foto
Arxiv foto
Yanvarın 30-da Sulutəpə qəsəbəsinin sakinləri etiraz aksiyası keçiriblər. Buna səbəb qəsəbədə son 3 gündə təbii qaz verilişinin dayandırılması olub.

Aksiya zamanı sakinlər avtomobil yolunu bağlayıblar.
Sulutəpə sakini Rəşad Cavadov AzadlıqRadiosuna deyib ki, Sulutəpə qəsəbəsi Binəqədi rayonu ərazisindən çıxarılıb Abşeron rayonunun balansına veriləndən qaz problemi davam edir:
“Qəsəbəyə gətirib borular töküblər. Deyirlər 3 aya düzələcək, amma heç bir xəbər yoxdur. Son günlər də qazı tamam kəsiblər”.
Sulutəpə sakinlərinin etirazına “Azəriqaz” İstehsalat Birliyindən də cavab gəlib. Əraziyə gələn rəsmilər sakinlərə söz verib ki, tezliklə qaz verilişi bərpa ediləcək.
Aksiya zamanı hər hansı insident qeydə alınmayıb.
XS
SM
MD
LG