Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 04:12

Lənkəranın dənizkənarı 6 kəndində torpaqları kimlər mənimsəyib?


Əsgər Miriyev
Əsgər Miriyev
Lənkəran şəhərinin ətrafında yerləşən 6 kənddə torpaq islahatı aparılmayıb. Bu kəndlərdə 10 minə yaxın əhali yaşayır. 1996-cı ilə kimi həmin kəndlərdə iki sovxoz olub. Kənd sakinləri tərəvəzçilik, heyvandarlıq, gülçülüklə məşğul olublar. Bu kəndlərin ikisində - Velədi və Sütəmurdovda olduq. Ləğv edilmiş sovxozların əkin sahələrində istirahət zonası, restoranlar, şadlıq evləri, univermaqlar inşa edilib. Halbuki, həmin sahələr o ərazidə yaşayan kəndlilərə torpaq payı kimi verilməli idi. Sütəmurdov kənd sakini Əsgər Miriyev deyir ki, hələ indi də gec deyil:

«BİZ TORPAQ İSLAHATI İSTƏYİRİK»

«Biz torpaq islahatı istəyirik. Nə üçün bütün kəndlərdə torpaq islahatı gedib, bizim 6 kənddə isə torpaq islahatı aparılmayıb? Bunlar torpağı istədikləri adamlara, istədikləri qiymətə satırlar, ucuz qiymətə sənədləşdirirlər. Özü də 2002-ci ilə sənədləşdirirlər. Dünyada belə qanunsuzluq olmayıb. Sütəmurdovda 467 hektar torpaq var. Torpaq islahatı aparılsın, mənim torpaq payımı versinlər. Onlar deyir ki, torpaq bələdiyyənindir».

Əsgər Miriyev deyir ki, bu torpaqları Lənkəran şəhərini genişləndirmək bəhanəsi ilə saxlayıblar. Əslində isə bu torpaqları satıb külli miqdarda pul qazanırlar:

«97 SOT TORPAĞI 200 MİN MANATA SATIBLAR»

«97 sot torpağı 200 min manata satıblar, sənədləşdiriblər 4800 manata. 40 dəfə bahasına satıblar. 100 dəfə bahasına satılan torpaqlar da var. Bunlar bunu qoyub mənə necə satsınlar? Heyvanların otlaq sahələrini satıblar. Kənd camaatına vermirlər. Kimin pulu var, ona verirlər».
Camal Abiyev
Camal Abiyev

Velədi kəndinin Bakı-Astara yolunun kənarında yerləşən əkin sahələrində də tikinti gedir. Qalan sahələr isə əkilmir. Velədi kənd sakini Camal Abiyev deyir ki, kənddə yaşayanın torpağı, mal-qarası olmalıdır. Torpaq verməyiblər, mal-qara da ki, yoxdur. Onun fikrincə, belə olan halda bir yol qalır - köçüb getmək:

«MƏNİM TORPAĞIMI KƏNAR ADAMA NƏ ÜÇÜN SATIR?»

«Torpaq islahatı getməyib. Mən icarədaram. 17 ildir torpaqla, tərəvəzlə məşğulam. Dəfələrlə icra hakimiyyəti başçısının yanında olmuşam. Deyir ki, biz torpağı şəxsi adamlara satırıq. Deyir, payı bəlli torpaq sizə düşmür, bələdiyyənindir. Gedin bələdiyyədən alın. Bələdiyyə mənə 6 sot torpağı 2000 dollara satdı. Bələdiyyədə 52 hektar torpaq qalıb. Şəxsi adamlara, özü də kənar adamlara satır. Mənim torpağımı kənar adama nə üçün satır? Velədiliyə satsın da. Sahə yoxdur ki, malımı buraxım».

Lənkəran rayon Torpaq Şöbəsinin müdiri Natiq Quliyev 6 kənddə torpaq islahatının aparılmadığını təsdiq etdi. Onun deməsinə görə, bu kəndlərin torpaq sahələri Lənkəran şəhərinə yaxın ərazilərdə yerləşir. Bu torpaqlar şəhərin genişlənməsi üçün nəzərdə tutulub. Natiq Quliyev deyir ki, torpaq islahatı artıq başa çatıb. Aqrar islahat komissiyası 2000-ci ildə fəaliyyətlərini başa vurub. Onun fikrincə, kənd sakinləri bu məsələni vaxtında qaldırmadıqları üçün problemi həll etmək
Hüseynqulu Məmmədov
Hüseynqulu Məmmədov
mümkün deyil.

Sütəmurdov kənd bələdiyyəsinin sədri Emil Məmmədov da torpaqların şəhərin genişləndirilməsi üçün sənədləşdirildiyini bildirdi. Onun deməsinə görə, bu, aqrar islahat komissiyasının qərarıdır. Bələdiyyə sədri deyir ki, torpaqlar qanunda nəzərdə tutulmuş qaydada satılır. Torpaq satışında kənd sakinlərinə üstünlük verilir.

Lənkəran şəhər İcra Hakimiyyətinin sabiq başçısı Hüseynqulu Məmmədov isə fərqli fikirdədir. O hesab edir ki, həmin kəndlərdə bilərəkdən islahatlara yol verilməyib. Hüseynqulu Məmmədovun da deməsinə görə, sonrakı illərdə həmin torpaqlardan yüz minlərlə manat qazanan olub:

«İNDİ ORADA VARLI NAZİRLƏRİN VİLLALARI VAR»

«Sütəmurdov dənizin kənarında yerləşən bir kəndir. O ərazidə yerləşən gülçülük sovxozu əslən lənkəranlı olmayanlara torpaq kimi satıldı. Özü də satış qanuni yolla yox, qeyri-qanunu yolla həyata keçirildi. İndi orada varlı nazirlərin, varlı komitə sədrlərinin çox böyük villaları var. Deyirdilər ki, kəndlilərin torpağı şəhərə qatılacaq, orda zavodlar, fabriklər tikiləcək, əhali orda
Boş torpaqlar
Boş torpaqlar
işləyəcək».

Hüseynqulu Məmmədov həmin ərazilərin öz sahiblərinə qaytarılacağına inanmır. Onun fikrincə, nə mərkəzi, nə də yerli hakimiyyət buna imkan verməyəcək.

Kənd təsərrüfatı mütəxəssisi Salman Rəhmanov da həmin ərazilərdə torpaqların kəndlilərə verilməməsini qanunazidd hərəkət sayır:

«Torpaq islahatı 1995-ci ildə başlayıb. 1996-cı ildə Heydər Əliyevin sərəncamı var. Kolxoz, sovxoz əraziləri orada yaşayan vətəndaşlara pay torpağı kimi verilməlidir. Ola bilər ki, şəhərin genişlənməsi üçün müəyyən qədər torpaq ayrılsın. Daha 6-7 kənd yox. Vətəndaşlar haqlıdırlar. O ərazidə yaşayan, işləyən vətəndaşların pay torpaqları var. O, mütləq verilməlidir».

Salman Rəhmanov deyir ki, islahatla bağlı qəbul edilən qanunlarım heç birində kənd yerlərində yaşayanların torpaqdan məhrum edilməsi halı yoxdur. Onun fikrincə, əslində burada cinayət izi var. Salman Rəhmanov deyir ki, kənd sakinləri məhkəməyə müraciət edə bilərlər.
XS
SM
MD
LG