Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:47

Rüstəm İbrahimbəyov hakimiyyəti sərt tənqid edir (VİDEO)


Ziyalılar Forumunun jurnalistlərlə görüşü
Gözlə

No media source currently available

0:00 0:04:26 0:00
Direct-ə keçid

«Hyatt Regency» otelində müzakirələr aparmalarına icazə verilməyən Ziyalılar Forumu təmsilçiləri bir gün sonra - dekabrın 30-da jurnalistlərlə görüşüblər.

-

«Mən Azərbaycan siyasi rəhbərliyinin nə qədər aşağı səviyyə sahibi olmasına mat qalmışam».

Yazıçı, dramaturq, Oscar Mükafatı laureatı Rüstəm İbrahimbəyov belə deyib. Dekabrın 30-da Ziyalılar Forumunun brifinqində.

Rüstəm İbrahimbəyov dekabrın 29-da «Hyatt Regency» otelində Ziyalılar Forumunun növbəti toplantısının baş tutmamasından da danışıb:

«DÖVLƏT NƏDİR: ORDA 5-6 «JULİK» OTURUB»

«Biz dövlət-dövlət deyirik. Dövlət nədir? Orda 5-6 nəfər «julik» oturub və böyük şeylərdən danışır. Amma öz maraqlarını güdürlər. Dünən niyə imkan vermədilər yığışaq? Bilirdilər ki, biz həqiqəti danışacağıq, bunların yalanı açılacaq.

Amma mən nəyə təəccüblənirəm. Neçə ildir işləyirlər, gör nə primitiv, səviyyəsiz adamlardırlar ki... Biz uşaqlıqda qonşuların işıqlarını söndürürdük. Uşaq səviyyəsində siyasət aparırlar. İşıq söndürürlər, qapı bağlayırlar, nə bilim daş atırlar. Özü də 20 ildir bununla məşğuldurlar, inkişaf yoxdur. Xaricdən professional gətirsinlər ki, bunlara mübarizəni aparmağı öyrətsin. Biz onları tənqid edəndə, məncə, konkret ünvanlarını da göstərmək lazımdır, adlarını da demək lazımdır. Mütləq onlar özlərini yığışdıracaqlar. Çünki qorxacaqlar. Bizim məqsədimiz ölkədə ictimai rəy yaratmaqdır. Bunlar bilsin ki, xalq bunları izləyir. Hər bir cinayət açıla bilər».

«BİZ MƏNƏVİ-SİYASİ PEDOFİLİYA İLƏ MƏŞĞULUQ»

R.İbrahimbəyov daha sonra dedi ki, Ziyalılar Forumunun toplantısında gənclərin vəziyyətini müzakirə etmək istəyiblər:

«Vəziyyət çox gərgindir. 2007-ci ildən bu yana xaricə oxumağa dövlət yolu ilə 1000 nəfər göndərmişik. Qazaxıstan isə hər il 3000 tələb göndərir. Biz deyirik ki, böyük iş görürük. Amma baxın, onlar 4 ilə 10 min adam göndərir, biz 4 ilə 1000. Özü də rüşvətlə. Onlarla adam deyərəm ki, rüşvətlə gedib xaricə oxumağa. Özü də hər ölkənin öz qiyməti var. Hökumət yenə də bizim mənəviyyatımıza ziyan vurur.

Uşaq bağçasından, məktəbdən biz əxlaq uşaqbazlığı ilə məşğuluq. Biz mənəvi və siyasi pedofiliya ilə məşğuluq. Uşaq 3-4 yaşında bilir ki, anası rüşvət verməlidir. Məktəbdə, institutda da bu davam edir.
Ziyalılar Forumunun brifinqi
Ziyalılar Forumunun brifinqi
Artıq sonra özü hazır rüşvətxordur. Deməli, rüşvətalanlar hazırlayırıq, özü də kütləvi. Bunu sonra necə düzəldəcəyik? Elə bil uşağı korlayırsan, sonra da deyirsən, yaxşı kişi ol. Biz artıq bunun mənəviyyatını dağıtmışıq. Bu dəyişməlidir...

Camaat qorxudan azad olmalıdır, danışmalıdır. Gördüz də Rusiyada nə oldu? 100 min nəfər meydana çıxdı. Mən demirəm ki, orda nəsə dəyişəcək, amma başa düşdük ki, bunlar xalqdır. Bizimkilər daş-dəmir götürüb mağazaları sındırırlar. Amma bir dəfə görmədim 5-6 min ziyalı meydanda yığışıb sözünü desin. Biz 5-6 nəfər bunu edəndə, üstümüzə düşürlər. Sayımız artsa, gücümüz çoxalar. Gəlin birləşək və həqiqəti danışaq».

«İCTİMAİ RƏY YOXDUR VƏ ÖZÜMÜZÜ QUL KİMİ APARIRIQ»

«Məni azərbaycanlı kimi təhqir edən odur ki, Azərbaycanda ictimai rəy yoxdur. Bu haqda çox danışmışam. İctimai rəy yoxdur və özümüzü qul kimi aparırıq. Biz hər şeydən qorxuruq. Azərbaycanda siyasi hakimiyyətin səviyyəsi heç zaman bu qədər aşağı olmayıb. Ayrı-ayrı vaxtlarda hakimiyyətdə səriştəsiz adamlar olub. Bu haqda danışmaq lazımdır. Bu da dəyişikliyə gətirəcək. Atmosfer dəyişəcək».

«BU HAKİMİYYƏT BİZƏ LAZIM DEYİL! BİZ ONDAN İYRƏNİRİK!»
«Bizim məqsədimiz öz nümunəmizlə ziyalıların başqa qismini cəlb etməkdir. Onların fəal ictimai mövqe nümayiş etdirmələrini istəyirik. İnqilaba yox, sui-qəsdlərə yox! Çünki bizdə belədir - ya hakimiyyətdəyik, ya da hakimiyyət uğrunda mübarizə aparırıq. Bu hakimiyyət bizə lazım deyil. Biz ondan iyrənirik. Biz özümüzü vətəndaş saya bildiyimiz ölkədə yaşamaq istəyirik.

Mən şəxsən bu ölkədə özümü qıraqlanmış sayıram. Bu, hələ mənəm!

Mən başa düşürəm ki, hər şeyimi ala bilərlər, evimdən qova bilərlər, bir parça çörəkdən, sənətimdən məhrum edə bilərlər. Bunu hələ mən deyirəm! Yetərincə çox şey qazanmış adam. Yerdə qalan adamlarsa bu dəhşətli aparat qarşısında müdafiəsizdirlər...».

Azərbaycanda hakim partiyanın təmsilçiləri Ziyalılar Forumunda təmsil olunan şəxslərin hakimiyyətə qarşı tənqidlərini rədd edirlər. Elə dünən - dekabrın 29-da Forumun «Hyatt Regency» otelində müzakirələr aparmasına imkan verilməyəndən sonra hakim Yeni Azərbaycan Partiyasının İcra Katibi Əli Əhmədov Ziyalılar Forumunu hakimiyyətdən narazı olan ziyalıların klubu adlandırmışdı.
XS
SM
MD
LG