Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:07

Fransa İranı Hörmüz boğazında təxribatdan çəkinməyə çağırır


Fransa İranı beynəlxalq qanunlara sadiq qalmağa və beynəlxalq sulara aid olan Hörmüz boğazından gəmilərin keçidinə mane olmamağa çağırıb.


Dekabrın 27-də İranın vitse-prezidenti Mohammad Reza Rahimi demişdi ki, əgər İran neftinin ixracına sanksiya qoyulsa,onlar da Hörmüz boğazından tankerlərin keçidini əngəlləyəcəklər. Dekabrın 28-də isə İran Hərbi Dəniz qüvvələrinin komandanı Habibollah Sayyari deyib ki, boğazı bağlamaq onların əlində “su içmək kim asandır”.

Bəhreyndə yerləşən ABŞ-ın 5-ci dəniz donanmasından bildiriblər ki, Hörmüz Boğazında gəmilərin hərəkətinə mane olacaq istənilən cəhdin qarşısını almağa hazırdırlar.

Bu boğaz vasitəsilə İranla yanaşı BƏƏ, Bəhreyn və Qətər kimi dövlətlər neft ixrac edirlər.
XS
SM
MD
LG